Modern.az

Türkiyə siyasətçilərinin Avropa turnesi – “Qoca qitə” referendumdan qorxur? - TƏHLİL

Türkiyə siyasətçilərinin Avropa turnesi – “Qoca qitə” referendumdan qorxur? - TƏHLİL

Aktual

10 Mart 2017, 13:06

Türkiyə prezidentin səlahiyyətlərini kəskin artıran konstitusiya referendumuna hazırlaşır. Modern.az xəbər verir ki, aprelin 16-na təyin  olunmuş referendum Rəcəb Tayyip Ərdoğanın mövqelərini möhkəmləndirməyə hesablanıb.

 

Avropa Birliyi isə bir neçə milyon ikili vətəndaşlığa malik sakini ilə bağlı narahatlıq keçirir Bir tərəfdən Avropa Birliyinin, digər tərəfdən isə Türkiyənin vətəndaşlığına malik olan bu elektorat formal olaraq tarixi vətənlərində keçirilən referendumda iştirak etmək hüququna malikdirlər.

 

AKP nazirləri seçkiqabağı təşviqat proqramı çərçivəsində ən çoxsaylı tür icmalarının yaşadığı Almaniya, Avstriya və Hollandiyaya səfər etməyi planlaşdırırdı. Lakin bu avropalı millətçilərlə yaşaı yerli liberlların da narazılığına səbəb olurdu. Avropa liberalları prezident səlahiyyətlərinin genişləndirilməsini diktaturanın bir əlaməti kimi qəbul edirdi.

 

Türkiyəli siyasətçilərin Avropaya səfərləri ilə bağlı qalmaqla martın ilk günlərindən başladı. Ərdoğan administrasiyasının 4 nazirinin türk icması ilə keçirməli olduğu 4 görüş Almaniya hökuməti tərəfindən ləğv olundu. Rəsmi səbəb kimi fedral hakimiyyət yanğınsöndürmə sistemindəki problemləri və görüş yerində avtomobil park etmək üçün kifayət qədər yerin olmamasını əsas gətirirdilər.

 

Rəsmi Ankara isə Almaniyanı seçki kampaniyasının keçirilməsinə qəsdən mane olmaqda və bunun üçün müxtəlif bəhanələr uydurmaqda ittiham edirdilər.

 

Martın 1-də Avstriya hökuməti öz ərazisində heç bir seçkiqabağı təşviqat mitinqlərinə icazə verməyəcəyini açıqladı. Analoji addımı Hollandiya hökuməti də elan etmişdi.

 

Hollandiya baş naziri ölkəsinin mövqeyini açıq şəkildə erlan etdi: “Bizim ölkəmiz digər ölkələrdəki seçkilər üçün yığıncaq yeri deyil.  Biz bunda iştirak etməyəcəyik. Bu arzuolunmazdır”.

Türkiyə isə Hollandiyanı söz azadlığına qarşı getməkdə ittiham etmişdi.

 

Amma Ankaranı ən çox qəzəbləndirən avtriyalı və hollandiyalı siyasətçilərin açıq rədd cavabı deyil, almanların ikili oyunu idi. Seçki mitinqlərinə rəsmi qadağa qoymayan Berlin Ərdoğanın keçirmək istədiyi referendum dəstəkləmədiyi üçün ölkəsində kampaniyanın keçirilməsinə mane olduğunu göstərdi.

İqtidardakı Xristina-Demokratlar Partiyasının rəsmisi seçkiləri qeyri-legitimn adlandırmışdı. Ədliyyə naziri Heyko Maas isə seçkilərin legitim dövlət anlayışına zidd olduğunu açıqlamışdı.

Türkiyə isə Almaniyanın rəsmi yanaşmasını ölkəsinin daxili işlərinə müdaxilə kimi dəyərləndirirdi. Rcəbə Tayyip Ərdoğanın bu məsələyə münasibəti çox sərt olmuşdu.

“Əgər seçkiqabağı çıxış etmək istəsəm heç kəs mənə mane ola bilməz”.

 

3 Avropa Birliyi ölkəsinin Türkiyəyə qarşı birləşməsi Ankaranın onları ikiüzlülükdə ittiham etməsi ilə nəticələnir. Ərdoğan ölkəsi ilə viza rejiminin ləğv olunmamasını, “qoca qitə”yə gedən mühacirlərin sayının kəskin artmasını sərt tənqid etmişdi.

 

Almaniyada 1,5 milyon ikili vətəndaşlığı olan etnik türkün yaşaması Berlini çətin seçim qarşısında qoyub. İsətnilən halda, Avropada yaşayan çoxmilyonluq türk icmasının tarixi vətənləri ilə sıx əlaqəsini nəzərə alan Avropa liderləri referendum öncəsi qalmaqaldan qaçmağa çalışacaqlar.

 

Vüqar İSMAYILOV

 

 

 

 

 

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır