Modern.az

Həmsədrlər Ermənistana səfər edəcəklər

Həmsədrlər Ermənistana səfər edəcəklər

10 Mart 2017, 13:43

ATƏT-in Misnk qrupunun həmsədrləri İqor Popov (Rusiya), Riçard Xoqland (ABŞ) və Stefan Viskonti (Fransa) martın 27-də Ermənistan səfər edəcəklər.

 

Modern.az Ermənistan KİV-nə istinadən xəbər verir ki, bu barədə xarici işlər naziri Edvard Nalbandyan məlumat verib.

 

Nalbandyan həmsədrlərin sülh prosesini irəliyə aparmaq üçün təkliflərlə gəldiyini deyib. Ermənistandan sonra diplomatlar Qarabağa da səfər edəcəklər.

 

Xatırladaq ki, Minsk qrupunun həmsdrləri martın 11-də Bakıya səfər edəcəklər.

 

Vüqar İSMAYILOV

Telegram
Hadisələri anında izləyin!
Keçid et
SON DƏQİQƏ! İran raketlərlə vuruldu- Anbaan görüntülər