Modern.az

Oqtay Əsədov Mövlud Çavuşoğlu ilə görüşüb

Oqtay Əsədov Mövlud Çavuşoğlu ilə görüşüb

7 Aprel 2011, 14:05

Avropa Şurası Parlament Assambleyasının prezidenti Mövlud Çavuşoğlu Azərbaycana səfəri çərçivəsində bu gün Milli Məclisin sədri Oqtay Əsədovla görüşüb. Modern.az saytı xəbər verir spiker O.Əsədov qonağı salamlıyaraq bildirib ki, M.Çavuşoğlunun Bakıda keçirilən Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda iştrakı, həm Türkiyənin, həm də Avropa Şurasının Azərbaycana olan diqqət və marağının bariz nümünəsidi və həmçinin əlaqələrimizin yüksək səviyyədə olmasını göstərir.

M.Çavuşoğluda öz növbəsində bildirib ki, Avropa Şurası ölkələr arasında mədəniyyətlərə dair dialoqun inkşafında maraqlıdır. “Ona görə də biz bunu çox yüksək qiymətləndiririk və bildiririk ki, Azərbaycanın təşkil elədiyi Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu Qərblə Şərq arasında bəzi kəskin fikirlərin aradan qalxmasında, mədəni əlaqələrin inkişafında, sülhun bərqərar olunmasında və digər vacib amillərin həyata keçirilməsində çox mühüm rol oynayır”.

Daha sonra spiker O.Əsədov bildirib ki, Azərbaycan daha bir tədbir keçirmək niyyətindədir - sentyabrda dinlərarası forum təşkil olunacaq.
M.Çavuşoğlu bu addımı da yüksək qiymətləndirib.

Modern.az

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir