Modern.az

Qazaxıstandakı diasporumuzun üzvləri azərbaycanlı deputatlara şikayətləniblər (FOTO)

Qazaxıstandakı diasporumuzun üzvləri azərbaycanlı deputatlara şikayətləniblər (FOTO)

7 Aprel 2011, 17:07


Qazaxıstanda prezident seçkilərini izləyən Azərbaycan parlamentinin deputatları - Azərbaycan-Qazaxıstan Parlamentlərası Dostluq qrupunun rəhbəri Fərhad Qəribov və Rüstəm Xəlilov Astana şəhərində yaşayan  Azərbaycan diasporunun  üzvləri ilə görüş keçiriblər. 
Qazaxıstan Azərbaycanlıları Mədəni Mərkəzləri İittifaqının prezidenti Vidadi Salahov millət vəkillərini diaspora üzvlərinə təqdim edərək deyib ki,  Azərbaycandan gələn dövlət nümayəndələrinin bu görüşü onlar üçün çox böyük önəm kəsb edir. Bununla onlar Azərbaycanın xaricdə yaşayan diqqətini və məhəbbətini hiss edirlər.
Astana şəhər “Xəzər” cəmiyyətinbin sədri Vidadi Ağayev isə 2000-ci ildən bəri yaradıqları cəmiyyət haqqında məlumat verərək, bildirib ki, Azərbaycanın həqiqətlərini yaymaq istiqamətində xeyli iş görüblər. Bu işdə onlara İttifaqın “Turan Times” adlı qəzeti də yaxından kömək edir.

Milli Məclisin deputatı, Azərbaycan-Qazaxıstan Parlamentlərası Dostluq qrupunun rəhbəri  Fərhad Qəribov Azərbaycan Respublikasının prezidenti İlham Əliyevin “dunyanın harasında bir azərbaycanlı varsa, sız onunla görüşməlisiniz” fikrini diaspor üzvlərinin diqqətinə çatdırıb.
Deputat Rüstəm Xəlilov Azərbaycan Respublikasının bu günkü inkişafı, əldə etdiyi nailiyyətlər haqqında danışıb.
Daha sonra diaspor üzvləri Hacı Həşim Ağayev, Etibar Mirzəyev, Şahin Bəşirov  onların görüşünə gələn deputatlar problemlərdən danışıblar. Deyiblər ki, Azərbaycandan Qazaxıstana gələn miqrant işçilərin hər aydan bir miqrasiya problemləri ilə, yəni qeydiyyat vaxtının uzadılması, Azərbaycan vətəndaşlarına lazım olan  arayış və sənədlərin rüsum qiymətlərinin baha olması, bəzən hər hansı bir cavab məktubunu 1 ay və ya daha çox müddətdə gözlədikləri barədə bildiriblər. Onlar Vətəndən uzaqda yaşayıb işləyən azərbaycanlıların gələcək pensiya haqlarıının toplanması probleminin də həllinə kömək olunmasını xahiş ediblər. Eyni zamanda Astana – Bakı-Astana aviaresinin olmaması üzündən əziyyət çəkdiklərini vurğulayıblar.

Görüşə toplaşanlar, daha sonra Azərbaycanda gedən bütün prosesləri  maraq və həyəcanla izlədiklərini, eyni zamanda uğurlarına sevindiklərini bildiriblər.  
Millət vəkilləri  Fərhad Qəribov və Rüstəm Xəlilov Qazaxıstanda yaşayan Azərbaycan diasporunu narahat edən sualların Milli Məclisdə, aidiyyatı qurumlarda müzakirəyə çıxarılmasına çalışacaqlarını bildiriblər.





Ləman Ağayeva
Astana

Twitter
Sizə yeni tvit var
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır