Modern.az

Deputat Azərbaycanın 2011-ci il üçün seçilən "paytaxt"ında olub

Deputat Azərbaycanın 2011-ci il üçün seçilən "paytaxt"ında olub

Parlament

8 Aprel 2011, 10:10

Mədəniyyət və Turizm Nazirliyi tərəfindən təsdiq edilmiş «2010-2014-cü illər üçün Xalq Yaradıcılığı Paytaxtları» Proqramının icrası ilə bağlı 2011-ci il üçün diyarşünaslıq, floklor və sənətkarlıq nominasiyaları üzrə İamayıllı «paytaxt» seçilib. Bu atılan addımlar Azərbaycanın qeyri-maddi mədəni irsinin qorunması, dəstəklənməsi, xalq yaradıcılığının təbliği və təşviqi istiqamətində aparılan islahatların davamı olaraq milli folklor ustaları və kollektivlərin, sənətkarların, milli adət-ənənələrin və eyni zamanda, respublikanın şəhər və rayonlarının beynəlxalq səviyyədə tanıdılması, turizmin inkişafı məqsədi daşıyır.

Proqram çərçivəsində bu il üçün İsmayıllı rayonu «Azərbaycanın Sənətkarlıq Paytaxtı» elan olunub. Bu münasibətlə aprelin 7-də İsmayıllıda geniş tədbir düzənlənib. Tədbirdə İsmayıllı rayon İcra Hakimiyyətinin başçısı N. Ələkbərov, deputatlar Novruz Aslanov, Ərəstun Cavadov və rayon ictimaiyyəti iştirak edib.

N.Aslanov öz çıxışında bu sahədə respublikada davamlı olaraq uğurlu layihələrin həyata keçirildiyini vurğulayıb, xüsusilə bu ilin «Turizm ili» elan olunmasını önə çəkib. Deputat bildirib ki, İsmayıllı rayonu turizmin inkişafı üçün çox əlverişli yer olması ilə yanaşı həmçinin, bu sahədə kifayət qədər təcrübəsi olan yerli iş adamlarına malikdir. Bu potensialdan səmərəli istifadə etmək üçün müvafiq hökumət qurumları ilə sıx əməkdaşlıq etməyin vacib olduğunu vurğulayan millət vəkili, bu sahəyə müəyyən investisiyaların yatırılmasını, xüsusilə yerli investorları bu işlərə cəlb etməyi vacib sayıb. Sənətkarlıq sahəsinə verdiyi töhfələrə görə xüsusilə seçilən Basqal, Lahıc və digər kəndləri qeyd edən N.Aslanov incəsənət sahəsində kifayət qədər yerli sənətkarın mövcud olduğu rayonun gələcək inkişafına əminliyini bildirib.

Tədbirdən sonra İsmayıllı rayonunun Qubaxəlilli kəndində İcra Hakimiyyətinin başçısı ilə birlikdə sakinlərlə səyyar görüş keçirilib. Görüşdə N.Aslanov qaldırılan məsələlər barədə müvafiq addımların atılacağını bildirib və bu sahədə müraciətlərin çoxunun icra edildiyini, digərlərinin isə əlaqədar mərkəzi və yerli icra hakimiyyəti orqanlarına yönəltdiyini vurğulayıb.

Görüşdə deputat Ə. Cavadov, yerli qurumların rəhbərləri də iştirak ediblər. Məlumat üçün bildirək ki, Qubaxəlilli kəndi 87 saylı Ağsu-İsmayıllı seçki dairəsinə aiddir.  

 

 

 

 

 

 

 

 

Whatsapp
Bizə yazın!
Keçid et
TƏCİLİ! Qarabağdakı Rusiya bayraqları belə sökülür