Modern.az

Millət vəkli: “Xankəndində hava limanı yoxdur, o Xocalıdakıdır”

Millət vəkli: “Xankəndində hava limanı yoxdur, o Xocalıdakıdır”

8 Aprel 2011, 13:43

Modern.az  xəbər verir ki, Milli Məclisin iclasında Xocalı şəhərinin keçmiş icra başçısı, millət vəkili Elman Məmmədov son günlər mediada gedən “Xankındində hava limanı açılır” məlumatının düzgün olmadığını bildirib.

Onun sözlərinə görə, bu məlumat səhvdir və Xankəndində heç vaxt aeroport olmayıb.

“Bunu bizim deputatlar, mətbuat nümayəndələri bəzən düzgün olmayaraq səsləndirirlər. Bu aeroport Xankəndində deyil, işğal edilmiş Xocalıda olan hava limanımızdır. Ermənilər indi də onu beynəlxalq hava limanına çeviriblər.  Ona görə bu məsələləri düzgün demək lazımdır. Xankəndində heç vaxt aeroport olmayıb”-deyə E. Məmmədov vurğulayıb.

Modern.az

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?