Modern.az

YAP-çı deputat: “Bizi hara aparırlar...?”

YAP-çı deputat: “Bizi hara aparırlar...?”

8 Aprel 2011, 14:01

Milli Məclisin bu günkü iclasında hakim partiyadan olan deputat Aydın Mirzəzadə müxalifətin ötən həftə keçirdiyi etiraz aksiyasını kəskin tənqid edib. Modern.az-ın parlamentdə olan əməkdaşının verdiyi məlumata görə, millət vəkili 2 aprel aksiyasının xarici ölkələrin mətbuatı tərəfindən şişirdilməsi ilə bağlı narazılığını ifadə edib.

“Mitinq zamanı 200-300 nəfər çığır-bağır salıb. Bu 9-10 milyonluq xalq üçün bir o qədər böyük bir məsələ deyil, amma buna ayrı-ayrı ölkələrin mətbuatında  geniş yer verilir”-deyə A.Mirzəzadə vurğulayıb.  

Deputat bildirib ki,  Azərbaycanda fəaliyyət göstərən xarici ölkələrin səfirliklərinin ayrı-ayrı təbəqələri də bu məsələyə dəstək verirlər. “Azərbaycan müstəqil dövlətdir və müstəqil siyasət yeridir. Başa düşə bilmirəm ki, hansısa qüvvələr kimin qarşısında öhdəlik götürüblər, Azərbaycanı hara aparmaq istəyirlər, hansı Afrika ölkəsinə çevirmək istəyirlər?”-deyə deputat bildirib.

A.Mirzəzadə Azərbaycan xalqını bu məsələdə mütəşəkkil olmağa çağırıb və ziyalıları ictimai rəyini nümayiş etdirməyə çağırıb. “Nə yaxşı ki, ictimi rəy var. Ziyalıların rəyi ortadadır. Ona görədə mən inanıram ki, bu məsələlərin qarşısı alınacaq”-deyə millət vəkili qeyd edib.

Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir