Modern.az

Fazil Mustafa: “Şəxsi evlərin qarşısında aksiyalar yolverilməzdir...”

Fazil Mustafa: “Şəxsi evlərin qarşısında aksiyalar yolverilməzdir...”

8 Aprel 2011, 14:09

Böyük Quruluş Partiyasının sədri, millət vəkili Fazil Mustafa Milli Məclisin iclasında İctimai Palatanın aprelin 2-də keçirdiyi aksiya barədə danışıb. Mitinq keçirməyin siyasi partiyaların hüququ olduğunu deyən deputat bununla yanaşı, aksiyanın qanunusuz keçirilməsinin düzgün olmadığını bildirib.

“Əgər bu aksiya qanunsuz keçəcəksə, onun qarşısının alınması hüquq mühafizə orqanların işidir”-deyə F.Mustafa qeyd edib. Onun sözlərinə görə, ölkədə islahatları sürətləndirmək üçün müxalifət partiyaları mümkün kömək imkanlarını ortaya qoymalıdır. “Hesab edirəm ki, müxalifətin missiyası iqtidarı islahatı sürətləndirməyə yönəldilməlidir. Bu addımlar islahatların qarşısını almağa yönəldilməməlidir”-deyə F.Mustafa vurğulayıb.

Deputat təhlükəli hesab etdiyi digər məsələyə də toxunub. F.Mustafa evlərin qarşısında aksiyaların təşkil edilməsinin təhlükəli olduğunu deyib. Onun sözlərinə görə, artıq Azərbaycanda siyasi mübarizə ailə müstəvisinə keçib və bu məsələ gələcəkdə böyük fəsadlar törədəcək.

Deputat buna misal olaraq Sumqayıt, Cəliləbad  hadisələrini misal göstərib. “Hansısa siyasi partiya rəhbərinin evinin qarşısında piket keçirmək kimi məsələlər yol verilməzdir, bunun qarşısı mütləq alınmalıdır”-deyə millət vəkli qeyd edib.

 Modern.az

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Əliyev Putinlə görüşə gedir