Modern.az

Oqtay Əsədov 2 aprel aksiyası barədə: “Sumqayıt hadisələri yadıma düşdü…"

Oqtay Əsədov 2 aprel aksiyası barədə: “Sumqayıt hadisələri yadıma düşdü…"

Parlament

8 Aprel 2011, 14:33

“Dünya mətbuatı və telekanalları 2 aprel aksiyasından şou düzəltməyə çalışdılar”. Modern.az-ın məlumatına görə, bu sözləri Milli Məclisin bu günkü iclasında çıxış edən spiker Oqtay Əsədov İctimai Palatanın şənbə aksiyasına münasibət bildirərkən deyib.

Milli Məclisin sədri müxalifətin aksiyasını 1988-ci ildəki Sumqayıt hadisələri ilə müqayisə edib.

Oqtay Əsədovun fikrincə, o zaman Sumqayıtdakı hadisələr də Azərbaycanı biabər eləmək üçün törədilmişdi.

“Bu məsələləri müqayisə edəndə Sumqayıt hadisələri yadıma düşdü. O vaxt Sumqayıtda baş verən qətl hadisələri Azərbaycanın biabır etmək üçün törədilmişdi. İndi biz sujetlərə baxırıq, öyrədilmiş insanlar ancaq kamera görən kimi “Azadlıq!”, “Aazadlıq!”qışqırırlar. Bu da onu göstərir ki, onlar öyrədilmiş şəxslərdir, Azərbaycanı biabır etmək üçün düşünülmüş şəxslərdir. Eyni siyasi ssenaridir, mitinq pozuçuluqdur. Sadəcə radikal müxalifət bu mitinqlə onu göstərir ki, doğurdan da onların sosial bazası yoxdur”-deyə spiker vurğulayb.

Modern.az

Whatsapp
Bizə yazın!
Keçid et
Vardanyan Bakı həbsxanasında aclığı dayandırdı