Modern.az

Sahib Alıyev: “ATƏT-in indiki sədri 20 yanvarda bizə “islamçılar” deyirdi...”

Sahib Alıyev: “ATƏT-in indiki sədri 20 yanvarda bizə “islamçılar” deyirdi...”

Parlament

8 Aprel 2011, 14:57

“Azərbaycanda qarşıdurma yoxdur, amma qarşıdurma yaradan qüvvələr var”. Bu sözləri Modern.az-a açıqlamasında Milli Məclisin üzvü, “LiderTV”-nin icmalçısı Sahib Alıyev son günlər ölkədə müşahidə olunan gərginliyə və beynəlxalq təşkilatların buna münasibətini şərh edərkən deyib. Onun sözlərinə görə, müxalifətin aksiyalarına xarici dəstəyi heç də birmənalı qiymətləndirmək olmaz. ATƏT-in fəaliyyətdə olan sədri, Litvanın xarici işlər naziri Audronyus Ajubalisin Bakıda səfəri zamanı ölkədə siyasi plüralizm, mətbuat, ifadə, toplaşma azadlıqlarının təminatının vacibliyi ilə bağlı bəyanata toxunan deputat qeyd edib ki, bu qurum heç öz üzərinə düşən əsas məsələni - Dağlıq Qarabağın erməni işğalı faktını təsdiqləmir.

“Mən Litvanın xarici işlər naziri olan Ajubalisi yaxşı tanıyıram. O, 1990-cı ildə 20 yanvar faciəsi zamanı jurnalist kimi Bakıda olarkən hazırladığı yazıda Azərbaycan xalqının milli azadlıq mübarizəsini İslam fundamentaliziminə bağlamağa cəh edirdi. Odur ki, ATƏT-in belə rəhbərlərinin bəyanatları və çıxışları heç də birmənalı qiymətləndirmək olmaz”-deyə S.Alıyev bildirib.

Modern.az

Twitter
Sizə yeni tvit var
Keçid et
Vəziyyət gərgindir, ABŞ ordusu sərhəddədir