Modern.az

Xırdalanda 5 qadını dəm qazı öldürüb - Prokurorluq cinayət işi açdı

Xırdalanda 5 qadını dəm qazı öldürüb - Prokurorluq cinayət işi açdı

15 Mart 2017, 15:45

Baş Prokurorluq Xırdalanda dəm qazından zəhərlənmə hadisəsi ilə bağlı cinayət işinin başlandığını bəyan edib.


Bu haqda Modern.az-a Baş Prokurorluğun mətbuat xidmətindən məlumat verilib.


Bildirilib ki, martın 15-də saat 12 radələrində Xırdalan şəhəri, 26-cı məhəllə, ev 6, mənzil 4-də 5 qadın meyitinin aşkar edilməsi ilə bağlı Abşeron rayon prokurorluğuna daxil olmuş məlumat əsasında prokurorluq və polis əməkdaşlarından ibarət istintaq-əməliyyat qrupu tərəfindən hadisə yerinə və meyitlərə məhkəmə-tibb ekspertinin işitirakı ilə baxış keçirilib. Hadisə yerindən iş üçün əhəmiyyət kəsb edən maddi sübutlar, o cümlədən qızdırıcı qaz sobası götürülmüş və digər zəruri prosessual hərəkətlər yerinə yetirilib.


İlkin araşdırmalarla müəyyən edilib ki, qeyd edilən ünvanda kirayədə yaşayan Gəncə şəhər sakini 1992-ci il təvəllüdlü Abbasova Mələk Mübariz qızı, Balakən rayon sakinləri - 1974-cü il təvəllüdlü Musayeva Nübar Fazil qızı, 2000-ci il təvəllüdlü Xanlayeva Turanə Vahid qızı, 1999-cu il təvəllüdlü Xanlayeva Lamiyə Vahid qızı və 1993-cü il təvəllüdlü Musazadə Aytən Elçin qızı martın 14-dən 15-nə keçən gecə ilkin ehtimala görə dəm qazından zəhərlənərək ölüblər.


Fakta görə rayon prokurorluğunda Cinayət Məcəlləsinin 314.2-ci (səhlənkarlıq ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb, iş üzrə müvafiq ekspertizalar, o cümlədən məhkəmi-tibbi və məhkəmə-texniki-təhlükəsizlik ekspertizaları təyin olunub.


Hazırda iş üzrə zəruri istintaq tədbirləri davam etdirilir.

Məlumata görə, ölənlərdən üçü ana baladır - bunlar 1974-cü il təvəllüdlü Nübar Musayeva və onun qızları, 2000-ci il təvəllüdlü Xanlayeva Turanə Vahid qızı və 1999-cu il təvəllüdlü Xanlayeva Lamiyə Vahid qızıdır.

 

Gülşən RAUFQIZI

Twitter
Sizə yeni tvit var
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?