Modern.az

Bitərəf deputat: “Bəs müxalifət Motodromda mitinq keçirəndə niyə belə eləmirdilər?”

Bitərəf deputat: “Bəs müxalifət Motodromda mitinq keçirəndə niyə belə eləmirdilər?”

8 Aprel 2011, 15:09

Milli Məclisin bu günkü iclasında deputat Azay Quliyev müxalifətin 2 apreldə keçirdiyi aksiya ilə bağlı münasibətini bildirib. Millət vəkili qeyd edib ki, beynəlxalq təşkilatlar tərəfindən aksiyaya başqa münasibət sərgilənir. O,ATƏT-in verdiyi bəyanatı yanlış adlandırıb.  
“Müxalifətə guya aksiya keçirmək üçün imkan verilməməsi barədə deyilənlər yanlışdır. Heç bir halda müxalifətin məktubuna “yox” cavabı verilməyib, sadəcə başqa yerdə mitinq keçirmək təklif olunub. Hələ 10 il əvvəl müxalifət Motodrom adlanan yerdə mitinq keçirirdi, heç onda belə canfəşanlıq yox idi..”-deyə deputat vurğulayıb.

Deputat həmçinin Xankəndində hava limanının açılması ilə bağlı məsələyə ABŞ səfirinin reaksiyanı “qeyri-adekvat” adlandırıb. “Naxçıvan bizim öz ərazimizdir. İşğal altında olan əraziyə Ermənistanın hava reyslərinin təşkili isə çox böyük yanlışlıqdır. Bu, həm də beynəlxalq konvensiya və öhdəliklərə də ziddir. İstərdim ki, ABŞ administrasiyası həqiqəti deməkdən çəkinməsin”-deyə deputat vurğulayıb.

Modern.az

 

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?