Modern.az

Bakıda Musiqi Festivalı keçiriləcək

Bakıda Musiqi Festivalı keçiriləcək

Mədəni̇yyət

10 Noyabr 2009, 12:54

Noyabrın 12-17-də Bakıda Bəstəkarlar İttifaqının 75 illiyi münasibətilə Musiqi Festivalının keçirilməsi planlaşdırılıb. Modern.az Mədəniyyət və Turizm Nazirliyinə istinadən xəbər verir ki, festivalın açılışından öncə görkəmli siyasət və mədəniyyət xadimlərinin Fəxri xiyabandakı məzarları ziyarət olunacaq, daha sonra mətbuat konfransı keçiriləcək. Azərbaycan Bəstəkarlar İttifaqının  75 illiyinə  həsr olunmuş tədbirin açılış mərasimi simfonik və xor əsərlərindən ibarət konsertlə başlayacaq.

Festival çərçivəsində «Azərbaycan bəstəkarlıq məktəbi: axtarışlar və perspektivlər» adlı beynəlxalq konfransın, «Azərbaycan Bəstəkarlar İttifaqı» kitabının təqdimatının, «Musiqi dünyası» jurnalının 10 illik yubileyinə həsr olunmuş tədbirin, Uşaq ilinə  həsr olunmuş «Azərbaycan bəstəkarları- uşaqlara» adlı konsert proqramının, estrada musiqisi axşamının və digər mərasimlərin təşkili nəzərdə tutulur.

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır