Modern.az

Azay Quliyev: “Parlament jurnalistləri Milli Məclisin ayrılmaz hissəsinə çevrilib”

Azay Quliyev: “Parlament jurnalistləri Milli Məclisin ayrılmaz hissəsinə çevrilib”

Parlament

11 Aprel 2011, 10:34

“Azərbaycanda parlament jurnalistləri bir institut kimi formlaşır”. Bu sözləri Modern.az-a açıqlamasında Milli Məclisin üzvü Azay Quliyev PJB-nin son illərdəki işi barədə fikrini açıqlayarkən bildirib. Deputat qeyd edib ki, cəmiyyət və parlament arasında əlaqələrin qurulmasında parlamentdə işləyən media mınsublarının rolu böyükdür.
“Cəmiyyətin rəyini Milli Məclisə çatdırmaqda, eyni zamanda parlamentin fəaliyyətinin ictimaiyyətə təqdim edilməsində parlament jurnalistlərinin əməyi əvəzsidir”-deyə A. Quliyev vurğulayıb.

Millət vəkili hesab edir ki, son illərdə  bu sahədə ciddi irəliləyişlər müşahidə olunur. “Bütün bunlar onu göstərir ki, artıq parlament jurnalistləri Milli Məclisin ayrılmaz hssəsinə çevrilib və qanunverici orqanı parlamentlə işləyən jurnalistlərsiz təsəvvür etmək çətindir”-deyə A.Quliyev bildirib.

Modern.az

Whatsapp
Bizə yazın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır