Modern.az

Dənizkənarı bulvarda intihar edən şəxsin kimliyi bilindi - Yenilənib

Dənizkənarı bulvarda intihar edən şəxsin kimliyi bilindi - Yenilənib

Aktual

27 Mart 2017, 00:39

Bakıda Dənizkənarı Milli Park ərazisində intihar edən şəxsin kimliyi bilinib. Modern.az Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən xəbər verir ki,  nazirliyin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Dənizkənarı Milli Park ərazisində 1 nəfər intihar məqsədi ilə özünü dənizə atıb.

 

Dərhal Nazirliyin Dövlət Sularda Xilasetmə Xidmətinin xilasediciləri hadisə yerinə cəlb edilib və 1978-ci il təvəllüdlü Osmanov Kərəm Oruc oğlunun meyitini çıxararaq aidiyyatı üzrə təhvil veriblər.

 

22:46

 

Bakı bulvarında bir nəfər özünü dənizə ataraq intihar edib. Modern.az Lent.az-a istinadən xəbər verir ki, saat təxminən 21:30 radələrində bulvarın Hökümət Evi ilə üzbəüz istiqamətindən özünü dənizə atan şəxsi xilas etmək mümkün olmayıb.

Şəxsiyyəti hələ dəqiqləşdirilməyən şəxs onu xilas etmək üçün ətrafdakıların dənizə atdığı xilasedici ip və təkərlərdən tutmaqdan imtina edib və dənizin dərinliklərinə qərq olub.

Hazırda onun meyitinin dənizdən çıxarılmasına çalışılır.

 

Modern.az

Whatsapp
Bizə yazın!
Keçid et
Əskipara kəndinə getmək istəyən jurnalistlər belə saxlanıldı