Modern.az

ADU-da Çin dili üzrə ixtisas imtahanları keçirilib

ADU-da Çin dili üzrə ixtisas imtahanları keçirilib

Aktual

27 Mart 2017, 10:58

Çin dili üzrə rəsmi sınaq mərkəzi sayılan Azərbaycan Dillər Universitetinin (ADU) nəzdində fəaliyyət göstərən Konfutsi İnstitutunda ilk dəfə Çin dili üzrə Hanyu Shuiping Kaoshi (HSK) və Hanyu Shuiping Kouyu Kaoshi (HSKK) imtahanları keçirilib. Bir neçə səviyyədən ibarət olan test imtahanları Çin dili bilgisi olmayan şəxslərin bu dil üzrə standart ixtisas imtahanıdır.

 

İmtahan iştirakçılarının böyük əksəriyyəti ADU və digər universitetlərin tələbələri, həmçinin Konfutsi İnstitutunun dinləyiciləri olub.

 

Konfutsi İnstitutunun direktoru, professor Rafiq Abbasovqeyd edib ki, HSK/HSKK imtahanlarının müvəffəqiyyətlə keçirilməsi və beynəlxalq sertifikatın alınması Çin Xalq Respublikasında (ÇXR) təqaüdlə təhsil almağa, həmçinin Çin şirkətlərində məşğulluq imtiyazlarına imkan yaradır. O, bildirib ki,Azərbaycanda HSK/HSKK imtahanlarının müvəffəqiyyətlə keçirilməsi bu dilə marağın artmasına sübutdur.

 

Modern.az

 

 

 

Twitter
Sizə yeni tvit var
Keçid et
Ukraynadan hər kəsi şok edən xəbər: Azərbaycanlı jurnalist vəfat etdi