Modern.az

Nazir Аğciyər Xəstəlikləri İnstitutuna yeni direktor təyin etdi

Nazir Аğciyər Xəstəlikləri İnstitutuna yeni direktor təyin etdi

Aktual

27 Mart 2017, 16:09

Vəli Axundov adına Elmi Tədqiqat Аğ Ciyər Xəstəlikləri İnstitutuna yeni direktor təyin olunub.

Trend-in məlumatına görə, bununla bağlı səhiyyə naziri Oqtay Şirəliyev müvafiq əmr imzalayıb. Əmrə əsasən, bu vəzifənin icrası Həqiqət Qədirovaya tapşırılıb.

İnstitutun əvvəlki direktoru Elcan Məmmədbəyov yaşla əlaqəli öz ərizəsi ilə işdən çıxıb.

Xatırladaq ki, professor H.Qədirova həm də nazirliyin Elmi Tibbi Şurasının, eləcə də B və C viruslu hepatitlərin profilaktikası, diaqnostikası və müalicəsinin təşkili üzrə Komissiyanın üzvüdür.


Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Hərbi gəmilər döyüşə hazır vəziyyətə gətirildi