Modern.az

Ermənistan müxalifəti: “Bizim millət xəstəlikdən əziyyət çəkir”

Ermənistan müxalifəti: “Bizim millət xəstəlikdən əziyyət çəkir”

Aktual

27 Mart 2017, 16:45

Bu gün Ermənistan hakimiyyəti xalqı talan edir. Modern.az Ermənistan KİV-nə isitnadən xəbər verir ki, bu barədə “Tsarukyan” blokunun üzvü Naira Zoqrabyan Kotayk vilayətinin Areni kəndində seçicilərlə görüşü zamanı deyib.

 

Onun sözlərinə görə, Ermənistan hakimiyyəti əhalinin yaşadıqları yerləri tərk etməsi üçün əlindən gələni edir.

“Hakimiyyət bizi talan edib. Onlar ölkədə ləyaqəti ilə yaşayan vətəndaş qoymadılar, yalnız müavinətə möhtac insanları saxladılar. Öz aralarında onlar vətəndaşlarımız heyvan başına bənzədirlər. Filan kənddə 20 baş adamın səsini satın aldıq və s. deyirlər.  Xalqımız Stoqholm sindormundan əziyyət çəkir. Onları soyanları müdafiə etmək istəyirlər”.

 

Vüqar İSMAYILOV

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
BAKI TƏSDİQLƏDİ - Sülhməramlılar Qarabağdan belə çıxarıldı