Modern.az

Dəyanət Rzayevin müəmmalı ölümü - araşdırmadan nə xəbər var...

Dəyanət Rzayevin müəmmalı ölümü - araşdırmadan nə xəbər var...

Aktual

27 Mart 2017, 16:54

Tanınmış psixoloq Dəyanət Rzayevin müəmmalı ölümündən 2 ay keçməsinə baxmayaraq, aparılan ekspertiza nəticələri hələ də açıqlanmayıb.

 

Mərhumun anası Şərqiyyə Rzayeva Modern.az-a açıqlamasında aparılan araşdırmaların nəticəsi barədə məlumat ala bilmədiyini deyib:


“Heç bir məlumat yoxdur. Heç nəsə də eşitmək istəmirəm. Çünki nəticə nə olur olsun, oğlumu geri qaytarmayacaq”.

Ş.Rzayeva oğlunun övladlarının və yoldaşının da çarəsiz olduğunu bildirib:

“Əlimiz-qolumuz bağlanıb. Oğlumun yoxluğu ilə barışa bilmirəm”.

 

Qeyd edək ki, ölümün səbəblərinin müəyyən edilməsi məqsədilə iş üzrə məhkəmə-tibbi, məhkəmə-psixoloji ekspertizaları təyin edilib. Həmçinin, çoxsaylı şahidlərin ifadələri alınıb. Hazırda faktla bağlı Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə başlanmış cinayət işi üzrə zəruri istintaq tədbirləri davam etdirilir.

 

 

1971-ci il təvəllüdlü Dəyanət Rzayevin cəsədi yanvarın 25-də axşam saatlarında Bakının Yasamal rayonunda (Murtuza Muxtarov 185 ünvanında) yerləşən evində aşkarlanıb.

Ş.Rzayeva oğlunun telefon zənglərinə cavab vermədiyindən narahat olaraq onun evinə gedib. Özündə olan açarla evə daxil olub və oğlunu boynunda kəmərlə boğulmuş şəkildə aşkarlayıb.  İlkin ehtimallara görə, D.Rzayevin intihar etdiyi bildirilir. D.Rzayev ölümündən əvvəl yazdığı məktubda hadisədə heç kimin günahı olmadığını, bunun “özünün şəxsi qərarı olduğunu” qeyd edib.

 

Gülşən RAUFQIZI

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir