Modern.az

Əxlaqsızlıq yuvaları təşkil edənlərə qarşı cəzalar sərtləşdirilir

Əxlaqsızlıq yuvaları təşkil edənlərə qarşı cəzalar sərtləşdirilir

Aktual

27 Mart 2017, 18:09

Fahişəliklə məşğul olmaq üçün əxlaqsızlıq yuvaları təşkil etmə, saxlama və ya bu məqsədlər üçün mənzil sahələri verməyə görə cəza ağırlaşdırılır.

Modern.az-ın məlumatına görə, bununla bağlı Azərbaycan Cinayət Məcəlləsinə dəyişiklik təklif edilir.

Dəyişikliklə bu işi görənlərə cərimə də tətbiq olunacaq. Hazırki qanunvericiliyə əsasən, bu əməllərə görə 400 saatdan 480 saatadək ictimai işlər və ya 2 ilədək müddətə islah işləri və ya 3 ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulur.

Bundan sonra fahişəliklə məşğul olmaq üçün əxlaqsızlıq yuvalar təşkil etmə, saxlama və ya bu məqsədlər üçün mənzil sahələri verməyə görə 2500 manatdan 3500 manatadək cərimənin də tətbiq olunması təklif edilir.

 

Mirmahmud KAZIMOĞLU

Whatsapp
Bizə yazın!
Keçid et
Hərbi gəmilər döyüşə hazır vəziyyətə gətirildi