Modern.az

Məhkəmə “işıq məhbus”larının şikayətini təmin etmədi

Məhkəmə “işıq məhbus”larının şikayətini təmin etmədi

Aktual

27 Mart 2017, 18:30

Bu gün Bakı Apellyasiya Məhkəməsində hakim Mirpaşa Hüseynovun sədrliyi ilə Cəbrayıllı "işıq məhbusu" Calal Quliyevin barəsindəki həbs qətimkan tədbirinin 23 iyun 2017-ci il tarixədək uzadılması barədə Nəsimi rayon Məhkəməsinin 14 mart 2017-ci il tarixli qərarından verdiyim apellyasiya şikayətinə baxılıb.

 

Bu haqda Modern.az-a vəkil Elçin Sadıqov məlumat verib.

O, apellyasiya şikayətinin təmin edilmədiyini, qərarın dəyişdirilmədən saxlanıldığını açıqlayıb.

“14 mart 2017-ci ildə Cəbrayıllı "işıq məhbusları"nın barəsində həbs qətimkan tədbirinin uzadılması məsələsinə baxılarkən Fehruzlu Zaur, Ülvi Quliyev və İlkin İsgəndərov onların barəsində həbs qətimkan tədbirinin seçilməsinə etiraz etmələrinə baxmayaraq dövlət hesabına təyin edilmiş vəkillər onların barəsində həbsin uzadılması barədə qərardan apellyasiya şikayəti verməyiblər.

 

Hətta həbsin uzadılması məsələsinə Nəsimi rayon məhkəməsində baxılarkən hakimin "məhkəməyə etirazın varmı" sualına "bəli etirazım var, mən heç bir cinayət törətməmişəm" cavabını verən şəxsə dövlət hesabına təyin edilmiş vəkil deyib ki, "sənə nə sual verirlər ona cavab ver, əlavə şeylər danışma”.

Qeyd edək ki, Cəbrayıl rayonundan olan köçkünlər qəsəbələrə verilən elektrik enerjisinin tez-tez kəsilməsinə etiraz ediblər. Əraziyə polis qüvvələri cəlb olunub. Vətəndaşlarla polis arasında qarşıdurma baş verib. 

 

Daxili İşlər Nazirliyinin yaydığı məlumata görə, aksiyada fəallıq edən şəxslər saxlanıblar, onlar barəsində Baş Prokurorluğun Ağır Cinayətlərə dair İşlər üzrə İstintaq İdarəsində Cinayət Məcəlləsinin 186.2.2-ci (Əmlakı qəsdən məhv etmə və ya zədələmə), 233-cü (İctimai qaydanın pozulmasına səbəb olan hərəkətləri təşkil etmə və ya bu cür hərəkətlərdə fəal iştirak etmə) və 315.2-ci (Xidməti vəzifələrini yerinə yetirməsi ilə əlaqədar hakimiyyət nümayəndəsinə qarşı həyat və sağlamlıq üçün təhlükəli olan zor tətbiq etmə) maddələri əsasında cinayət işi açılıb.

 

 

Gülşən RAUFQIZI

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir