Modern.az

Polisin xidməti avtomobilini zədələyən şəxs saxlanılıb

Polisin xidməti avtomobilini zədələyən şəxs saxlanılıb

Aktual

27 Mart 2017, 20:02

Göygöldə polisin xidməti avtomobilini zədələyən şəxs saxlanılıb.  Modern.az APA-ya istinadən xəbər verir ki, yanvarın 17-də Göygöl Rayon Polis Şöbəsinin "Fiat Doblo" markalı xidməti avtomobilini zədələyən Şəmkir sakini, 49 yaşlı Talıb Bayramov saxlanılıb.

O, toy məclisində olan zaman bacısı Məhsəti İbrahimovanın avtomobillə vurulması xəbərini eşidib və sərxoş halda məclisi tərk edərək polis avtomobilinə hücum çəkib. Bir müddət yaşadığı Şəmkirin Qılıncbəyli kəndindən ayrı düşən T. Bayramov müxtəlif ünvanlarda qalıb. Göygöl Rayon Polis şöbəsinin əməkdaşları onu Abşeron rayonu Masazır qəsəbəsində saxlamağa müvəffəq olub.

Faktla bağlı Cinayət Məcəlləsinin xuliqanlıq maddəsi ilə iş başlanılıb. İstintaq aparılır. 

 

Modern.az

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir