Modern.az

Azərbaycan və Sloveniya prezidentləri biznes-forumda iştirak ediblər

Azərbaycan və Sloveniya prezidentləri biznes-forumda iştirak ediblər

10 Noyabr 2009, 16:02

Noyabrın 10-da Bakıda Azərbaycan-Sloveniya biznes-forumu keçirilib. Biznes-forumda hər iki ölkənin prezidentlər İlham Əliyev və Danilo Türk də iştirak edib.
Biznes-forumunda Sloveniya tərəfdən 70 nəfərlik heyət, Azərbaycan tərəfdən isə 90-dək iş adamı iştirak edib. Dövlət başçıları forumda çıxış ediblər.
Prezident İlham Əliyev Sloveniya dövlət başçısının Azərbaycana rəsmi səfərinin iki ölkə arasında bütün sahələrdə, o cümlədən iqtisadi sahədə əlaqələrin genişlənməsinə təkan verəcəyini bildirib. Dövlət başçısı iki ölkə arasında siyasi münasibətlərin yüksək səviyyədə olmasının buna hərtərəfli imkanlar yaratdığını vurğulayıb.
Öz növbəsində, Sloveniya prezidenti Danilo Türk ölkəsinin informasiya-kommunikasiya texnologiyaları, alternativ enerji mənbələri və digər sahələrdə uğurlar qazandığını, öz təcrübəsini dost Azərbaycanla yaxından bölüşməyə və bu sahədə sıx əməkdaşlığa hazır olduğunu bildirib. daha sonra biznes-forum işinə davam edib.
Yeri gəlmişkən, Danilo Türkün Azərbaycana rəsmi səfəri noyabrın 10-da başa çatıb və o, plkəsinə yola düşüb.
 

Whatsapp
Bizə yazın!
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?