Modern.az

Deputat dövlət orqanlarının mətbuat xidmətlərinin işini yarıtmaz sayır

Deputat dövlət orqanlarının mətbuat xidmətlərinin işini yarıtmaz sayır

12 Aprel 2011, 15:24

Milli Məclisin üzvü Musa Qasımlı dövlət qurumlarının mətbuatla işləyən strukturlarını tənqid edib. Modern.az-a açıqlamasında deputat qeyd edib ki, dövlət qurumlarının mətbuat xidmətləri görülən işləri lazımınça çatdıra bilmirlər. Millət vəkilinin sözlərinə görə,  ölkəmizdə fəaliyyət göstərən nazirliklər, komitə və digər qurumlar KİV-ə kifayət qədər açıq deyil və ictimai rəyin formalaşmasında zəif iştirak edirlər.
“Mətbuat xidmətləri görülən işləri lazımınca catdıra bilmirlər. Bəzən Kütləvi İnformasiya Vasitələri istədikləri məlumatı ala bilmir, hətta məlumat dəqiqləşdirməkdə çətinlik çəkirlər”-deyə o vurğulayıb.

M.Qasımlı hesab edir ki,  mətbuat xidmətlərini hərəkətə gətirmək lazımdır. “Dövlət qurumları  mətbuat xidmətlərinin fəaliyyətini hərəkətə gətirməyə çalışmalıdır.  Mətbuat xidmətləri mətbuatla müntəzəm işləməlidir. Gözləməməlidirlər ki, KİV nümayəndələri onlara müraciət etsin. Onlar özləri lazımı materiallarla KİV-ləri müntəzəm olaraq təmin etməlidirlər”.

M.Qasımlı bildirir ki, mətbuat xidmətlərinin peşəkarlığının artırılması üçün treninqlərin  kecirilməsi vacibdir.

Sədaqət SÜLEYMANOVA

 

Twitter
Sizə yeni tvit var
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir