Modern.az

Lənkəranda qəzet çapı üçün regional mətbəə tikiləcək

Lənkəranda qəzet çapı üçün regional mətbəə tikiləcək

10 Noyabr 2009, 16:40

2010-cu ilin ortalarına qədər Lənkəranda müasir standartlara cavab verən mətbəə tiklilib istifadəyə veriləcək. Bu barədə Modern.az xəbər verir ki, Lənkəran şəhər icra hakimiyyətinin başçısı Süleyman Mikayılov KİV-ə Dövlət Dəstəyi Fondunun Lənkəranda keçirdiyi konfransda yerli jurnalistlərə bildirib. Onun sözlərinə görə tikilməsi planlaşdırılan mətbəədə yüksək texnologiyalar quraşdırılacaq və bu, regionda KİV-in inkişafında əhəmiyyətli rol oynayacaq.

Qeyd edək ki, Cənub regionunda 20-dən artıq qəzet və jurnal çıxsa da, onların nəşr olunması üçün mətbəə yoxdur. Bölgə qəzetləri çap edilmək üşün Bakıya aparılır və orada günlərlə vaxt iririlir. Bu isə çevik informasiya yaymaq baxımından bölgə KİV-ləri üçün xeyli problem yaradır.

 

 

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir