Modern.az

Azərbaycanın Türkiyə və İtaliyadakı səfirliklərində maliyyə pozuntuları aşkarlanıb

Azərbaycanın Türkiyə və İtaliyadakı səfirliklərində maliyyə pozuntuları aşkarlanıb

13 Aprel 2011, 11:08

İstanbuldakı baş konsulluğun fəaliyyəti yoxlanarkən də ciddi nöqsanlar üzə çıxıb


Azərbaycanın Türkiyə və İtaliyadakı səfirliklərinin, İstanbul şəhərindəki Baş Konsulluğunda aparılan audit yoxlaması zamanı bir sıra ciddi nöqsanlar aşkar edilib. Modern.az saytının məlumatına görə, bu barədə Hesablama Palatasının Milli Məclisə təqdim etdiyi hesabatda deyilir. Hesablama Palatası həmin nöqsanları 2010-cu il üçün iş planına uyğun olaraq adları çəkilən diölomatik korpusların saxlanılmasına ayrılan vəsaitlərin icrası, dövlət rüsumlarının hesablanması və ödənilməsi üzrə audit apararkən üzə çıxarıb.

Hesablama Palatasnın sənədində deyilir: “Bunlarla yanaşı, bir sıra nöqsanlara da yol verilib. Belə ki, Azərbaycan Respublikasının Türkiyə Respublikasındakı Səfirliyi üzrə 2005-2009-cu illərin sonuna istifadə olunmayan qalıq vəsait dövlət büdcəsinə qaytarılmayaraq növbəti illərdə istifadə edilib bir sıra xərc maddələrində istifadə edilməmiş vəsaitlərin digər xərc maddələri üzrə aparılan əməliyyatlara yönəldilməsi nəticəsində təyinat dəyişikliklərinə yol verilib, əmək haqqı xərcləri üzrə maliyyələşmə aparılarkən vakant ştatların olması nəzər alınmayıb, bir halda ştatdankənar işçi kimi işə qəbul edilən Türkiyə Respublikası vətəndaşına ödənilən aylıq vəzifə maaşı Türkiyə Respublikasında (eləcə də Ankara şəhərində) mövcud olan orta aylıq əmək haqqı səviyyəsindən yuxarı olub və işə qəbul Azərbaycan Respublikası Xarici İşlər Nazirliyi ilə razılaşdırılmayıb, səfirliyin ştat sayından əlacə iki ştat sürücü, dörd bağban və iki xidmətçi, həmçinin səfirliklərin fəaliyyətini tənzimləyən normativ sənədlərdə nəzərdə tutulmadığı halda bir ştat növbətçi və bir ştat rezidensiya köməkçisi ştatdankənar işçilər kimi işə qəbul edilməklə maliyyələşmədən artıq vəsait xərcinə yol verilib, bir sıra hallarda ziyafətlərin keçirilməsi və hədiyyələrin verilməsi tam sənədləşdirilməyib”.

Hesabatda Azərbaycanın İtaliyadakı səfirliyi ilə bağlı nöqsanlar da göstərilib.
Belə ki, Azərbaycan Respublikasının İtalyadakı səfirliyi üzrə bir sıra xərc maddələrində istifadə edilməmiş vəsaitlərin digər xərc maddələrinə yönəldilməsi nəticəsində təyinat dəyişikliyinə yol verilib.
“2008-2009-cu illərdə məktəbyaşlı ailə üzvünün təhsil haqqı üçün əlavə vəsait ödənilib, ziyafətlərin keçirilməsi üçün əvvəlcədən xərclər smetası tərtib edilməyib, normadan artıq ezamiyyə xərclərinə yol verilib, nəzərdə tutulmadığı halda taksı xidmətindən istifadəyə büdcə vəsaiti sərf edilib”.

Türkiyə Respublikasının İstanbul şəhərində Azərbaycan Respublikasının Baş Konsulluğunda aparılan audit zamanı müəyyyən edilib ki, Konsulluğun saxlanmasına 2008-ci ildə açılmış maliyyələşmədən ilin sonunda istifadə olunmayan vəsait əsassız olaraq Konsulluğun hesabında saxlanılıb.  Bəzi hallarda maliyyələşmədən artıq xərc aparılmaqla təyinat dəyişikliyinə yol verilib.  
“Maliyyələşmə açılarkən Baş Konsulluğun vakant ştatları nəzər alınmayıb, Baş Konsulluğa yeni inzabi binanın alınması üçün 2007-ci ilin dövlət büdcəsinin dövlət əsaslı qoyuluşu xərclərindən ayrılmış vəsait müvafiq bank hesabında depozitə qoyulub, üç il ərzində bu vəsaitdən istifadə edilməyib, vəsaitin depozitə qoyulması əsaslandırılmayıb, təyinatı üzrə istifadə edilməsi və yaxud geri qaytarılması təmin edilməyib, ezamiyyə xərcləri üzrə artıq vəsait xərclərinə yol verilib, 18 yaşından yuxarı əmək qabiliyyəti ailə üzvlərinə sığorta xərcləri ödənilib, tibbi sığorta zərfinə mövcud qaydalarda nəzərdə tutulmayan tibbi xidmətlər daxil edilib, iki əməkdaşın məktəbəqədər ailə üzvlərinə artıq təhsil haqqı ödənilib”-deyə Hesabatda qeyd olunur.

Hesablama Palatası Kollegiya nəzarət tədbirlərinin nəticələrini müzakirə edərək, qeyd olunan nöqsan və çatışmazlıqların aradan qaldırlması istiqamətində Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi, Azərbaycan Respublikasının Türkiyə Respublikasındakı və İtaliyadakı səfirlikləri, Türkiyə Respublikasının İstanbul şəhərində Azərbaycan Respublikasının Baş Konsulluğ tərəfindən qanunvericiliyə uyğun zəruri tədbirlərin həyata keçirilməsi və görülmüş işlər barədə Hesablama Palatasına məlumatın təqdim edilməsi barədə qərar qəbul edib.

Kollegiya qərarlarının icrasını təmin etmək üçün qərarların sürəti Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinə təqdim edilib, Azərbaycan Respublikasının Türkiyə və İtaliyadakı səfirliklərinə, İstanbul şəhərində  Baş Konsulluğuna təqdimat göndərilib.
Hesabatda qeyd edilib ki, Azərbaycan Respublikası Xarici İşlər Nazirliyindən Hesablama Palatasına məlumat verilib ki, sadalanan nöqsanların aradan qaldırılması və gələcəkdə təkrarlanmaması üçün həmin diplomatik korposların fəaliyyətinə gündəlik nəzarət gücləndirilib.

Modern.az

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir