Modern.az

Deputat: “Tibb işcilərinin və müəllimlərin əmək haqları qaldırıla bilər”

Deputat: “Tibb işcilərinin və müəllimlərin əmək haqları qaldırıla bilər”

13 Aprel 2011, 11:17

İyun ayında Milli Məclisdə dövlət büdcəsinə əlavə və dəyişikliklərin  müzakirəsi gözlənilir. Bu zaman əsas müzakirə mövzüsü dövlət büdcəsindən maliyyələşən qurumlarla bağlı olacaq. 

Müşahidəçilərin fikrincə, bu sahədə çalışan işçilərin əmək haqları artırıla bilər. Son illər dövlət büdcəsindən maliyyələşən qurumlarda çalışanların əmək haqları bir neçə dəfə artırılsa da, bu artım bir o qədər də nəzərə çarpmayıb. Bu dəfə isə artımın hiss ediləcək dərəcədə olması gözlənilir.

Milli Məclisin Sosial siyasət komitəsinin sədr müavini Musa Quliyev Modern.az-la söhbətdə bildirib ki, dövlət büdcəsindən maliyyələşən, qurumlarda çalışanların, xüsusilə də həkimlərin və müəllimlərin əmək haqlarının artırılması müzakirələrin gündəmində ola bilər.

Onun sözlərinə görə, əmək haqları dövlət büdcəsindən maliyyələşən və  orta aylıq əmək haqqı aşağı olan sahələri əhatə edəcək. 
“Əmək haqları bir neçə dəfə artırılıb. Bu respublika rəhbərinin sosial yönümlü siyasətidir. Dövlət büdcəsindən maliyyələşən, xüsusilə də aylıq orta əmək haqqı aşağı olan işçilərin, müəllimlərin və tibb sahəsində çalışanların maaşlarının artırılması gündəmdə ola bilər. Dövlətin sosial siyasəti davamlıdır və davam etməlidir”.

Dövlət və özəl tibb sektorunda çalışan işçilərin əmək haqları arasında ciddi fərqlərin müşahidə olunduğunu və eləcə də bu problemin işçilərin özəl yerlərə və xarici ölkələrə axın etməsinə səbəb olduğunu söyləyən millət vəkili qeyd edib ki,  əmək haqlarının artımı mövcud problemi aradan qaldıra bilər.

Sədaqət SÜLEYMANOVA

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ! Bayrağımız Qazaxın kəndlərində qaldırıldı