Modern.az

Eldar İbrahimov: “Bu aksiyalar Azərbaycanın müstəqilliyinə qarşı yönəlib”

Eldar İbrahimov: “Bu aksiyalar Azərbaycanın müstəqilliyinə qarşı yönəlib”

13 Aprel 2011, 14:26

Milli Məclisin Aqrar siyasət komitəsinin sədri, Yeni Azərbaycan Partiyasının Siyasi Şuraslnın üzvü Eldar İbrahimov müxalifətin bir hissəsinin icazəsiz kütləvi aksiyalar keçirmək cəhdi və onların xarici qüvvələr tərəfindən dəstəklənməsi məsələsinə münasibət bildirib:
“Bu qüvvələr öz çirkin niyyətlərini açıq şəkildə ortaya qoyurlar. Bütün parametrəri ilə bu, Azərbaycan vətəndaşının mövqeyinə zidd bir mövqedir. Azərbaycanın inkişafına qarşı yönəlmiş addımdır. Azərbaycan dövlətinin müstəqilliyinin əleyhinə olan bəzi beynəlxalq təşkilatlarla həmrəylik nümayişidir. Bu qüvvələr indiyə qədər iki dəfə keçirməyə cəhd göstərdikləri kütləvi aksiyalarda güclərini göstərdilər. Xalq onlara nəinki dəstək verir, deyə bilərəm ki, əhalinin 99 faizindən də çoxu onların bu dağıdıcılıq siyasətinə qarşıdır. Özünü Azərbaycan vətəndaşı hesab edənlər bu iyrənc oyunun oyunçusuna çevrilməz. Düzdür, onlar məqsədlərini cəmiyyətə mitinqlər keçirməyə cəhd kimi göstərməyə çalışırlar. Ancaq dediyim kimi, bunun alt qatında Azərbaycan xalqına, Azərbaycanın dövlət müstəqilliyinə xəyanət dayanır. Yalnız Azərbaycanın müstəqilliyini istəməyən qüvvələr onlara dəstək verə bilər. Bu, məsələnin bir tərəfidir. Digər tərəfi isə odur ki, belə bir mövqedə olan bir nəfər azərbaycanlı varsa, bu, da üzücü haldır. Çünki müstəqillik milli varlığımız deməkdir. Gənclərin çox kiçik bir kəsiminin belə bir düşüncədə olması ondan irəli gəlir ki, onlar AXC-Müsavat hökuməti dövründə gənclərin küçələrdən tutulub müharibəyə göndərən və onları arxadan vuraraq meyitlərini valideynlərinə satan bu üzdəniraq məxluqları yaxşı tanımırlar. Xalq bu qüvvələrin ədalətli mövqeyini, gerçək dəstəyini heç zaman görməyib. Amma onlar müəyyən məqamlarda guya fəal görünərək gəncləri düzgün yoldan yayındırlar. Bu kiçik kəsim gəncdir və vətəndaşlıq mövqeyinə qayıdacaqları şübhəsizdir. Ancaq yaşlı insanların belə düşüncədə olması onların özlərinin faciəsidir. Tam əmin ola bilərsiniz ki, bu məsələ o qüvvələrin tam faciəsi və iflası ilə yekunlaşacaq. Xalq onlara sözünü bu gün də deyir və bütün bunları gözəl anlayır”. 

E.İbrahimov vurğulayib ki, diplomatik fəaliyyət diplomatik qaydalarla, beynəlxalq hüquq normaları ilə tənzimlənir: “Bu normalar isə diplomatik korpusların başqa ölkənin daxili işinə qarışmaq, onun müstəqilliyinə qarşı olmağa heç cür icazə vermir. ATƏT ona üzv ölkələrin təhlükəsizliyinin təmin olunması missiyasını öz üzərinə götürməsinə baxmayaraq, BMT-nin erməni silahlı qüvvələrinin işğal etdikləri Azərbaycan torpaqlarından qeyd-şərtsiz və təcili olaraq çıxması barədə qəbul etdiyi 4 qətnaməni 20 ilə yaxındır ki, yerinə yetirmək üçün heç bir əməli tədbir görməyib. Bu təşkilatın Bakı ofisi erməni silahlı qüvvələrinin atəşkəsi hər gün pozmasını qulaqardına vurur, dinc sakinlərin və hətta körpə uşaqların öldürülməsini görməzliyə qoyur. Ancaq görünməmiş çevikliklə bir çox ölkələrin diplomatlarını başına toplayaraq ölkəmizdə mitinqlərə rəvac vermək üçün canfəşanlıq edərək daxili işlərimizə müdaxilə edir. Haqlı olaraq belə bir sual meydana çıxır: Biz bu beynəlxalq təşkilatlara nə üçün üzv olmuşuq? Halbuki bu təşkilatlar haqqa, hüquqa və ədalətə əsaslanan qərarlar qəbul etməlidirlər. Güclünün zəifi əzməsinə imkan verməməlidirlər. Lakin reallıqda biz bunun əksini görürük. İkili standartlar, bir üzv ölkənin ərazisinin başqa üzv ölkə tərəfindən işğalını kənardan seyr etmək, özünün qəbul etdiyi qərarlara hörmətsiz münasibət, ona xas olmayan məsələlərə daha çox diqqət yetirmək bu təşkilatı son vaxtlar nüfuzdan salan əsas amillərdir. Əgər hadisələr belə davam edərsə, ATƏT-in Minsk Qrupunun fəaliyyətindən imtina edilə bilər. Təbii ki, dövlət olaraq bizim də səbrimiz tükənməz deyil. Azərbaycan dövlətinə qarşı çıxan qüvvələr Azəraycandan çıxarıla bilər. Onların sifarişi ilə oynayanlar isə qanunlarımıza əməl etməyə borcludurlar”. 

Komitə rəhbəri qeyd edib ki, Azərbaycandakı stabillik, davamlı inkişaf Azərbaycanı istəməyən qüvvələrin marağında deyil: “Belə ölkələrin başbilənləri Azərbaycan insanını öz insanından varlı görmək istəmir. Bunu qəbul etmək istəmir. Çünki bunun sonu onun üçün məqbul deyil. Ona görə də bizdəki düzəni pozmağa çalışırlar. Amma Azərbaycanda Heydər Əliev strategiyası var. Bu strategiya xalqın firəvan gələcəyi üçündür. Azərbaycan xalqı durduqca, Heydər Əliyev ideyaları da yaşayacaq. Azərbaycanda korrupsiyaya, rüşvətxorluğa qarşı siyasi mübarizə ortadadır. İnsanlarımızın sosial həyatının yaxşılaşdırılması Prezidentimiz İlham Əliyevin prioritetlərindəndir. Bunu xalqımız bilir. Ona görə bu qanunsuz aksiyalara rəvac verənlər anlamalıdırlar ki, başladıqları oyunun sonu özlərinin başında çatlayacaq. Azərbaycan xalqı İlham Əliyevin ətrafında sıx birləşib. Bu, dünən də belə olub. Sabah da belə olacaq. Azərbaycan hüququ dövlətdir. Hər şeyin başında hüququn aliliyi dayanır”. 

Modern.az      
Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Paşinyan Qazaxa gəldi - Ermənilər üzərinə hücum çəkdi