Modern.az

YAP-çı deputat: “Minsk qrupunun vasitəçiliyindən artıq imtina edilməlidir”

YAP-çı deputat: “Minsk qrupunun vasitəçiliyindən artıq imtina edilməlidir”

13 Aprel 2011, 15:50

Yeni Azərbaycan Partiyasının icra katibini müavini, millət vəkili Siyavuş Novruzov ATƏT-in Minsk Qrupunun vasitəçiliyindən imtina etməyi təklif edib. Modern.az saytının məlumatına görə, bu fikirləri Yeni Azərbaycan Partiyasının (YAP) İcra katibinin müavini, millət vəkili Siyavuş Novruzov hakim partiyanın rəsmi saytına açıqlamasında bildirib.
“ATƏT-in Minsk qrupunun vasitəçiliyindən artıq imtina edilməlidir”-deyən deputat bu qurumu sərt tənqid edib.

“ATƏT-in Minsk qrupunun həmsədrləri qətiyyət göstərmədiyindən münaqişənin həlli ilə bağlı heç bir nəticə yoxdur. Mənə elə gəlir ki, artıq ATƏT-in Minsk qrupunun vasitəçiliyindən imtina edilməlidir”-deyə qeyd edən S.Novruzov  bildirib ki, Minsk qrupunun həmsədrləri hələ də təcavüzkarı öz adı ilə çağırmır.

Onun sözlərinə görə, ATƏT nümayəndələri cəbhə xəttində müşahidələr aparmalı, ermənilər tərəfindən öldürülmüş azyaşlı uşağın ailəsinə baş çəkməli və bu fakta obyektiv münasibət bildirməlidir.
“Təssüf ki, biz bütün bunların əksini görürük» -deyə YAP İcra katibinin müavini əlavə edib.


Modern.az

Twitter
Sizə yeni tvit var
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir