Modern.az

Deputat 28 seçicisini qəbul edib

Deputat 28 seçicisini qəbul edib

Parlament

14 Aprel 2011, 11:03

52 saylı  Quba  seçki  dairəsindən  deputat  seçilmiş  Vahid  Əhmədov Quba  şəhərində  yerləşən  ofisində  vətəndaşların  növbəti qəbulunu  keçirib.
Deputatın  köməkçisi  Arif  Orucovun  Modern.az-a verdiyi  məlumata  görə, qəbulda Qubadan, eləcə  də  qonşu  Qusar  və  Xaçmaz  rayonlarından  olan  28 vətəndaş  iştirak  edib.
Müraciətlər  əsasən  iş  tapılmasında  köməklik, sosial  yardımların veriməsi, Sovet  dövründən  qalmış  əmanətlərin  qaytarılması və torpaq mübahisələri ilə  bağlı problemlərdən  olub.
Millət  vəkili  vətəndaşların qaldırdıqları bəzi  problemlərin  həlli istiqamətində aidiyyəti  rayon  təşkilatları qarşısında  tədbir  görülməsi  üçün məsələ qaldırıb. Araşdırma  tələb  olunan  müraciətlər  nəzarətə götürülüb.
Qəbuldan  sonra  deputatın  təşəbbüsü  ilə  təmir  işləri  aparılan Quba- Qonaqkənd  yolunda  aparılan  işlərlə  yaxından  maraqlanmış, yaranmış  problemlərin  həlli  üçün  tədbirlər  görülməsi  istiqamətində müəyyən  addımlar  atılıb.

Modern.az

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!