Modern.az

Millət vəkili Zahid Oruc Bərdədə iki açılış mərasimində iştirak edib

Millət vəkili Zahid Oruc Bərdədə iki açılış mərasimində iştirak edib

14 Aprel 2011, 18:10

Modern.az saytının məlumatına görə, millət vəkili Zahid Oruc Bərdəyə səfəri çərçivəsində iki açılış mərasimində iştirak edib. Millət vəkili ilkin olaraq Fövqəladə Hallar Nazirliyi tərəfindən rayon ərazisində inşa edilən 14 mənzilli yaşayış binasının açılış mərasimində olub. Deputat Bərdə şəhəri İcra Hakimiyyətinin başçısı Vidadi İsayevlə birgə yeni mənzilləri sakinlərə təqdim edib.

  “Keçmişdə qəzalı vəziyyətdə olan evlərin sökülərək yerində hər bir şəraiti olan binanın tikilməsi sakinlərin sevincinə səbəb olub və eyni zamanda yeni mənzillərin təqdimatı insanlarımız tərəfindən böyük ruh yüksəkliyi ilə qarşılanıb”-deyə qeyd edən millət vəkili bildirib ki, bundan sonra da Bərdədə qəzalı vəziyyətdə olan evlərin əvəzində dövlət tərəfindən yeni binalar tikiləcək.   Təmsil etdiyi bölgəyə səfəri çərçivəsində Z.Oruc Bərdənin Həsənqaya ərazi vahidinə daxil olan Qəhrəmanlı kəndində mavi yanacağın verilməsi mərasimində iştirak edib. Deputat bildirib ki, 94 abonentlik kənddə qaz təminatı tam reallaşdırılıb:
““Azəriqaz” bu işi yüksək səviyyədə həyata keçirib. Bütün evlərə dövlət tərəfindən qaz çəkilişi reallaşdırılıb. 18 illik fasilədən sonra Qəhrəmanlı kəndinin sakinləri mavi yanacaqla təmin olunublar”.
Z.Oruc qeyd edib ki, təmsil etdiyi ərazidə sayca 24-cü kənd mavi yanacaqla təmin olunub. Onun sözlərinə görə, yaxın vaxtlarda daha 7 kənddə də qaz təminatı bərpa ediləcək.
“Bizim geridə iki kəndimiz qalır ki, bu kəndlərin də mavi yanacaq problemi öz həllini tapacaq”-deyə millət vəkili əlavə edib.   Millət vəkili Bərdəyə səfəri zamanı bir çox seçiciləri ilə də görüşlər keçirib.

 

 

 

 

 


Anar Rüstəmov
Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Əskipara kəndinə getmək istəyən jurnalistlər belə saxlanıldı