Modern.az

Deputat 100-ə yaxın seçicini qəbul edib

Deputat 100-ə yaxın seçicini qəbul edib

15 Aprel 2011, 15:50

Aprelin 14-də deputat Novruz Aslanov İsmayıllıdakı ofisində sakinlərin növbəti qəbulunu keçirib. Bu qəbula gələn seçicilərin sayı əvvəlkilərə nisbətən daha çox olub. Ümumilikdə 100-ə yaxın sakin deputatın qəbuluna gəlib. Qəbul axşama kimi davam edib.
N. Aslanov görüşə gələnlərin hamısını qəbul edib, qaldırılan məsələlər barədə məsləhətləşmələr aparıb və həlli yolları araşdırılıb. Müraciətlərin çox hissəsi  müalicə barədə olub. Torpaq islahatları, işlə təminat, sosial, maddi və digər yardımlar da müraciətlər sırasında yer alıb. Bəzi məsələlər yerindəcə həllini tapıb, digər həlli zaman tələb edilən məsələlər üçün müvafiq strukturlara müraciətlərin edilməsi nəzərdə tutulub.
Məlumat üçün bildirək ki, qəbul əvvəlkilər kimi deputatın iş qrafikinə uyğun olaraq keçirilib. Seçiciləri qəbul etmək, onlarla görüşlər keçirmək deputatın əsas fəaliyyət prioritetlərindən biridir. Bu deputatın yanvar ayından bəri İsmayıllı şəhərinə 14-cü səfəridir.

Bəzi müraciətləri diqqətinizə çatdırırıq:

1.         Nəbiyev Tahir-Xənəyə kəndi, kəndin təbii qazla təchizatına köməklik barədə;
2.         Hüseynov Hidayət-Mican kəndi, maddi yardım;
3.         Xalıqova Sahibə-İsmayıllı şəhəri, xəstədir, maddi yardım;
4.         Ələsgərova Zümrüd- İsmayıllı şəhəri, pensiya məbləğinin azlığı barədə, humanitar yardım edildi;
5.         Hacıyeva Çimnaz-Hacıhətəmli kəndi, təhsil haqqına köməklik;
6.         Səlimova Əminə-Mican kəndi, Qazaxıstan səfirliyinə müraciət etmək;
7.         Səlimova Dilarə-Topçu kəndi, maddi yardım;
8.         İlyasov Ötərxan-Aşağı Cülyan kəndi, mənzillə təminatına köməklik barədə;
9.         Qasımov Məhəbbət-Uştal kəndi, təhsil haqqına köməklik;
10.       Cəfərova Təranə- İsmayıllı kəndi, torpaq sahəsi ilə təminat;
11.       Niftalıyeva Fizzə-Mican kəndi, humanitar yardım edildi;
12.      Cəfərov Teymur-Soltankənd kəndi, oğlunun işlə təminatı barədə;
13.       Məhərrəmov Nurəddin-Soltankənd kəndi, müalicəsinə köməklik;
14.       Hümbətov Məhəmməd-Uştal kəndi, həyat yoldaşının pensiyaya çıxmasına köməklik;
15.       Rupin Mixail-İvanovka kəndi, kənd məktəbinə verilmiş avtobus üçün sürücü ştatının açılmasına köməklik;
16.       Minikov İvan-İvanovka kəndi, pensiyasının düzgün hesablanmaması barədə;
17.       Nəsurullayev İlqar- İsmayıllı şəhəri, uşağının müalicəsinə maddi yardımın edilməsi;
18.       Kazakova Lyübov-İvanovka kəndi, mülkü məsələ barədə məhkəməyə müraciət;
19.       Bəndiyeva Vəsilə-Qoşakənd kəndi, tikintiyə köməklik;
20.       İsmayılova Rəhilə- İsmayıllı şəhəri, sosial yardım ala bilmir;
21.      Əliyeva Dilşad-işə bərpa olunmasına köməklik;
22.       Əzizov Məlikağa- İsmayıllı şəhəri, əməliyyat olunmasına köməklik;
23.       Süleymanova Zümrüd-Təzəkənd kəndi, oğlunun əməliyyatına köməklik, Xəzər TV-nin «Xeyir körpüsü» verilişi deputatın müraciəti əsasında çəkiliş aparıb;
24.       Səmədov İlham-Qaraqaya kəndi, torpaq sahəsi ilə təminat barədə;
25.         Bağırov Seymur- İsmayıllı şəhəri,mənzil şəraitinin yaxşılaşdırılması;
26.       Balakişiyeva Nuranə- İsmayıllı şəhəri, uşağı üçün əlil arabası istəyir;
27.       Kərimova Gülişah- İsmayıllı şəhəri, qızının əməliyyatına yardım;
28.      Əliyeva Aytən- İsmayıllı şəhəri, maddi yardım;
29.      Baxışov İlyas-Mican kəndi, oğlunun işlə təminatına köməklik;
30.       Babayeva Tamella-Yuxarıbaş kəndi, uşağının müalicəsinə köməklik;
31.       Çələbiyeva Elmira- İsmayıllı şəhəri, humanitar yardım;
32.      Mikayılov Balaəmi-Qəndov kəndi, maddi yardım;
33.      Məmmədov Şaiq-Diyallı kəndi, işlə təminat;
34.       Məmmədov Arif- Vəng kəndi, əlildir, mənzillə təminat;
35.       Ələkbərov Elçin-Minkə kəndi, işlə təminat;
36.       Camalova Nailə- İsmayıllı şəhəri, mənzillə təminat;
37.       Mursəliyeva Fatimə- İsmayıllı şəhəri, maddi yardım;
38.      Süleymanova İntizar- İsmayıllı şəhəri, humanitar yardım;
39.      Babayeva Rəhimə- İsmayıllı şəhəri, evi yanıb, yardım edilməsi nəzərdə tutulub;
40.       Sadayeva Ülkər- İsmayıllı şəhəri, işlə təminat, humanitar yardım;
41.      Paşayev Nəvai- İsmayıllı şəhəri, əməliyyat olunmasına köməklik.


Deputat q
ərargahı  
Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?