Modern.az

Elton Məmmədovdan müxalifətə etiraz: “Telekanallar onların mitinqini dönə-dönə göstərirlər”

Elton Məmmədovdan müxalifətə etiraz: “Telekanallar onların mitinqini dönə-dönə göstərirlər”

15 Aprel 2011, 13:18

Milli Məclisin bu günkü iclasında millət vəkilləri yenidən müxalifəti bazaar günü keçirəcəyi mitinqlə bağlı münasibətlərini açıqlayıblar.

Deputat Elton Quliyev İctimai Palatanı gərginlik yaratmaqda ittiham edib. O müxalifətin aksiyalarının dinc xarakter daşımadığını deyərək güc strukturlarının bu yöndəki fəaliyyətini dəstəkləyib.

“Hüquq mühafizə orqanlarının bu məsələnin qarşısını alınması istiqamətində gördükləri işi dəstəkləyirəm. Ona görə ki, onlar qanunsuz olaraq hər bir şeyə qarşı mübarizə aparırlar. Radikal müxalifətin əsas məqsədi ölkənin imicinə beynəlxalq səviyyədə zərər gətirməkdir. Buna etirazımı bildirirəm”-deyə deputat qeyd edib.

Millət vəkili ölkə telekanallarının müxalifətin aksiyasından görüntülər yaymasını tənqid edib.

“Bəzi özəl telekanallar radikal müxalifətin bu aksiyalarını dönə-dönə təkararən yayımlayırlar. Bu isə bu xalqı çaşdırır. Bununla mübarizə aparmalıyıq”-deyə E.Məmmədov vurğulayıb.

Modern.az

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir