Modern.az

Deputatdan 1988-90-cillərdəki tariximizə şok ittiham....

Deputatdan 1988-90-cillərdəki tariximizə şok ittiham....

Parlament

15 Aprel 2011, 13:26

“O vaxtkı xaos yaradanların arxasında erməni lobbisi dayanmışdı”

Milli Məclisin bu günkü iclasında deputat Asəf Hacıyev İctimai Palatanın aksiyalarına münasibətini açıqlayıb. Tarixin təkrar olunduğunu deyən deputat qeyd edib ki, müxalifət ölkəni yenidən 1988-90-ci illərə aparır.  
“Yadımıza salsaq görərik ki, o vaxt da ölkədə xaos yarandı. O qüvvələrin arxasında da erməni lobbisi dayanmışdı. Bunun nəticəsində Azərbaycan torpağları işğal olundu. 1993-cü ildə nə yaxşı ki, Heydər Əliyev hakimiyyətə gələndə yalnız xalqı deyil, iqtidarı da xilas elədi”.
Deputat vurğulayıb ki, bu gün də bəzi qüvvələr hələ də ibrət dərsi götürməyiblər və bəzi pozuntu yaratmağa cəhd göstərirlər.
“Azərbaycan əvvəlki deyil, çox güclü bir dövlətdi, onun başında Preziden İlham Əliyev kimi dahi bir şəxsiyyət durur. Ona görə də hesab edirəm ki, belə məsələlərlə Azərbaycanı təhqir eləmək, pozğunluq yaratmaq, asayişi pozmaq mümkün deyil”-deyə millət vəkili bildirib.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir