Modern.az

Deputat müxalifətlə görüşən diplomatları ölkədən qovmağa çağırıb

Deputat müxalifətlə görüşən diplomatları ölkədən qovmağa çağırıb

Parlament

15 Aprel 2011, 13:47


Milli Məclisin deputatı Fərəc Quliyev Azərbaycanda fəaliyyət göstərən diplomatik korpusların fəaliyyətinin yoxlanılamsı məsələsini qaldırıb. «Azərbaycan parlamenti xarici səfirliklərin müxalifət partiyaları ilə keçirdiyi görüşlərə adekvat cavab verməlidir. Parlamentdə komissiya yaradılmalıdır və bu komissiya diplomatik korpusun fəaliyyətini araşdırmalıdır. Bəzi ərəb ölkələrində keçirilən eksperimentləri Azərbaycanda da həyata keçirmək niyyətləri aşkarlansa, onlardan bəziləri «persona non-qrata» elan edilməlidir”-deyə deputat bildirib.

Onun təklifi bir sıra millət vəkilləri tərəfindən dəstəklənib.  Konkret olaraq deputatlar Asəf Hacıyev, Siyavuş Novruzov, Fəzail İbrahimov, Elton Məmmədov bu təklifə tərəfdar çıxıblar.

Qeyd edək ki, aprelin 8-də Müsavat Partiyasının qərargahında İctimai Palatanın rəhbərliyi ilə ATƏT-ə daxil olan ölkələrin 20-dək diplomatik korpus nümayəndələrinin, səfir və yüksək ranqlı diplomatların görüşü olub. Diplomatlarla görüşdə İctimai Palatanı Müsavat başqanı İsa Qəmbər, AXCP sədri Əli Kərimli, AMİP sədri Yusif Bağırzadə təmsil ediblər. Görüşdə ölkədə siyasi azadlıqların məhdudlaşdırılması, siyasi fəallara qarşı təzyiqlər müzakirə edilib.


Modern.az

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Vardanyan Bakı həbsxanasında aclığı dayandırdı