Modern.az

Oqtay Əsədov müxalifətlə görüşən diplomatik korpusa mesaj göndərdi

Oqtay Əsədov müxalifətlə görüşən diplomatik korpusa mesaj göndərdi

Parlament

15 Aprel 2011, 14:18

Milli Məclisin sədri Oqtay Əsədov ölkəmizdə fəaliyyət göstərən diplomatik korpusun 20-dək nümayənədəsinin müxalifətin təsis etdiyi İctimai Palata üzvləri ilə görüşünün qeyri-şəffaf keçirilməsini tənqid edib. Parlamentin bu günkü iclasında spiker çıxışı zamanı qeyd edib ki, ölkədə aparılan siyasət bəzi qüvvələri qane etmir.

«Azərbaycana həmişə şəffaflıqdan dərs keçən, mediaya açıq olmaqdan mühazirə deyənlər özləri qapalı görüş keçirdilər. Orada hansı istiqamətdə müzakirələr getdiyini bilən yoxdur. Düzdürlərsə, təmizdirlərsə, ictimaiyyətə açıqlama verməlidir”-deyə spiker vurğulayıb.

O. Əsədov deyib ki, prezidentin apardığı müstəqil siyasət bəzilərinin ürəyincə deyil.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır