Modern.az

Qüdrət Həsənquliyev: “Bunun arxasında dura bilməyəcəkdinsə, niyə belə yazırdın?”

Qüdrət Həsənquliyev: “Bunun arxasında dura bilməyəcəkdinsə, niyə belə yazırdın?”

15 Aprel 2011, 14:50

Qüdrət Həsənquliyev: “Əgər bunun arxasında dura bilməyəcəkdinsə, niyə belə yazırdın?”

“Nef pulları hansı faizlə xaricdə saxlanılır?

Milli Məclisin bugünkü iclasında deputat Qüdrət Həsənquliyev Hesablama Palatasının parlamentə təqdim edilmiş hesabatını ciddi tənqid edib. Deputat çıxşında bildirib ki, hesabatda Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindəki nöqsanlar göstərilsə də, Palatanın sədrinin Milli Məclisdəki çıxışında buna toxunulmayıb.

 “Bu o deməkdir ki, sədr hesabatda yazılanları öz çıxışında təkzib etdi. Mən sual vermək istəyirəm. Əgər bunun arxasında dura bilməyəcəkdinsə bunu nəyə belə yazırdın? Hesabatda yazılıb ki, bütün rayonlarda yoxlama aparılıb. Amma yalnız Şəki şəhəri ilə bağlı iş prokurorluğa göndərilib. Belə çıxır ki, az oğurluq cinayət hesab edilmir, çox oğurluq edən tutulur. Hamımız bilirik ki, oğurluq cinayətdir və bunun azı, çoxu yoxdur. Əgər orda oğurluq faktı varsa, o prokurorluğa göndərilməlidir”-deyə deputat vurğulayıb.

Q.Həsənquliyev Milli Məclisi ölkə prezidentinə dəstək olmağa çağırıb. O qeyd edib ki, Milli Məclis Hesablama Palatasının hesabatında əks olunmuş bütün  faktları prokurorluğa göndərməlidir. “Bu cür hərəkətlər  Hesablama Palatasının fəaliyyətini qaranlıqlar olduğunu da  göstərə bilər”.

Deputat həmçinin Neft Fondunda olan pulların taleyinə aydınlıq gətirilməsini istəyib. Q.Həsənquliyevin sözlərinə görə, prezident İlham Əliyevin göstərişi ilə Fondun pullarının Azərbaycana gətirilməsi üçün müəyyən vaxt qoyulub.
“Bu pulların sahibkarlığın inkşafı üçün sərf olunması nəzərdə tutulub. Amma Hesablama Palatası öz hesabatında deyir ki, Neft Fondunun pulları Avropa pul vahidi ilə yerləşdirilib. Ancaq Avropanın özündə də bu gün iqtisadi cəhətdən tənəzzülə uğruyan, heç də yaxşı vəziyyətdə olmayan ölkələr var. Niyə Hesablama Palatası bu barədə deputatlara məlumat vermir? Bu pullar hansı faizlə xaricdə saxlanılır? Bəzi məlumatlara görə, bu pullar 1 faizdən aşağı saxlanılır. Amma burda sahibkarlara hətta 22 faizlə kreditlər verilir”-deyə deputat çıxışında bildirib.

Q.Həsənquliyev Hesablama Palatasını onu seçən deputatlara vaxtaşırı məlumat verməməkdə günahlandırıb. Bundan əlavə, deputat qeyd edib ki, hesabatda göstərilmiş xarici neft şirkətlərinin vergidən yayınmaları ilə bağlı faktlar onu göstərir ki, Hesablama Palatası hər bir xarici şirkətdə də yoxlamalar aparmalıdır.
“Məndə olan məlumatlara görə xarici şirkətlər maliyyə əməliyyatlarını böyüdürlər. Əgər neft şirkətinin rəhbəri Rövnəq Abdullayevin bu kimi hallardan xəbəri yoxdusa çox pis, yox əgər xəbəri varsa və bununla bağlı mübarizə aparmırsa, bu da çox pisdir”-deyə deputat vurğulayıb. 

Modern.az

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir