Modern.az

İnformasiya-kommunikasiya texnologiyaları muzeyi yaradılır

İnformasiya-kommunikasiya texnologiyaları muzeyi yaradılır

11 Noyabr 2009, 10:12

Beynəlxalq Telekommunikasiya İttifaqı (BTİ) və Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) müasir informasiya-kommunikasiya texnologiyaları (İKT) muzeyinin yaradılması barədə saziş imzalayıblar. Sazişin şərtlərinə əsasən muzeyin BTİ-nin Cenevrə (İsveçrə) şəhərində yerləşən qərargahında BƏƏ-nin hesabına açılacağı nəzərdə tutulur.  

“Exploratorium İKT Mərkəzi” adlanacaq muzeyin ekspozisiyası informasiya-kommunikasiya texnologiyalarının inkişafı və İKT-nin keçmişdə, hazırda və gələcəkdə insanların həyatlarına təsirinə həsr olunacaq. 
BƏƏ isə yeni maarifləndirici mərkəzin tərəfdaş-həmtəsisçisi olacaq. BƏƏ tərəfindən onun layihələşdirilməsi və yaradılmasına 2 milyon ABŞ dolları məbləğində vəsaitin ayrılacağı planlaşdırılır. BTİ-nin üzərinə isə eksponatların, avadanlığın və digər vəsaitin əldə olunması düşür. İnformasiya-kommunikasiya texnologiyaları muzeyinin artıq 2010-cu ildə açılacağı gözlənilir.
 

Twitter
Sizə yeni tvit var
Keçid et
SON DƏQİQƏ! İran raketlərlə vuruldu- Anbaan görüntülər