Modern.az

Maaş və pensiyaların artırılmasına 1 milyard manat ayrılacaq

Maaş və pensiyaların artırılmasına 1 milyard manat ayrılacaq

18 Aprel 2011, 12:45

İyun ayında Milli Məclisdə dövlət büdcəsinə əlavə və dəyişikliklərin müzakirəsi gözlənilir. Bu zaman əsas müzakirə mövzüsü dövlət büdcəsindən maliyyələşən qurumlarla bağlı olacaq.  Büdcəyə ediləcək dəyişikliklər nəticəsində Azərbaycanın 2011-ci ilin dövlət büdcəsinin xərclər hissəsi təqribən 1 mlrd. manata qədər artırılacaq.
Bunu hakim partiyanın rəsmi saytına açıqlamasında  Milli Məclisin iqtisadi siyasət komitəsinin sədri Ziyad Səmədzadə bildirib.
Onun sözlərinə görə, dəyişikliklər əsasən sosial istiqamətli olacaq: “Vəsaitlərin böyük hissəsi maaş və pensiyaların artırılmasına yönələcək”-deyə deputat vurğulayıb.

Qeyd edək ki, prezident İlham Əliyev bir neçə gün öncə Astara rayonunun ictimaiyyəti ilə görüşdə son illərdə maaşlar və pensiyaların bir neçə dəfə qaldırıldığını xatırladaraq “növbəti artım bir neçə aydan sonra gözlənilir” deyib.

Milli Məclisin Sosial siyasət komitəsinin sədr müavini Musa Quliyev Modern.az-la söhbətdə bildirib ki, dövlət büdcəsindən maliyyələşən, qurumlarda çalışanların, xüsusilə də həkimlərin və müəllimlərin əmək haqlarının artırılması müzakirələrin gündəmində olacaq.

 

Onun sözlərinə görə, əmək haqları dövlət büdcəsindən maliyyələşən və  orta aylıq əmək haqqı aşağı olan sahələri əhatə edəcək. 
“Əmək haqları bir neçə dəfə artırılıb. Bu respublika rəhbərinin sosial yönümlü siyasətidir. Dövlət büdcəsindən maliyyələşən, xüsusilə də aylıq orta əmək haqqı aşağı olan işçilərin, müəllimlərin və tibb sahəsində çalışanların maaşlarının artırılması gündəmdə ola bilər. Dövlətin sosial siyasəti davamlıdır və davam etməlidir”.

 

Dövlət və özəl tibb sektorunda çalışan işçilərin əmək haqları arasında ciddi fərqlərin müşahidə olunduğunu və eləcə də bu problemin işçilərin özəl yerlərə və xarici ölkələrə axın etməsinə səbəb olduğunu söyləyən millət vəkili qeyd edib ki,  əmək haqlarının artımı mövcud problemi aradan qaldıra bilər.

 

Modern.az

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir