Modern.az

Mahnı müsabiqəsinin qalibləri mükafatlandırılıb

Mahnı müsabiqəsinin qalibləri mükafatlandırılıb

11 Noyabr 2009, 12:59

Bəstəkarlar İttifaqının (ABİ) Sumqayıt şəhər Mədəniyyət və Turizm İdarəsi ilə birgə Sumqayıtın yaradılmasının 60 illiyi münasibətilə “Sumqayıt şəhərinə həsr olunmuş ən yaxşı mahnı” mövzusunda keçirdiyi müsabiqə qaliblərinin mükafatlandırma mərasimi keçirilib.
Modern.az xəbər verir ki, Bülbül adına Uşaq İncəsənət Məktəbində baş tutan tədbirdə Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı Vaqif Əliyev, Bəstəkarlar İttifaqının sədri Firəngiz Əlizadə, qurumun katibi, əməkdar incəsənət xadimi Eldar Mansurov və şəhər ictimaiyyəti iştirak edib. Tədbirdə çıxış edən F.Əlizadə sənət adamları tərəfindən hər zaman Sumqayıtı vəsf edən şeirlər yazıldığını və mahnılar bəstələndiyini qeyd edib. Tədbirin sonunda çıxış edən icra başçısı V.Əliyev isə qalibləri təbrik edərək onlara uğurlar arzulayıb. Tədbir zamanı müsabiqədə qalib gələn əsərlər ifa edilib.

Qeyd edək ki, müsabiqənin I yerinin qalibinə  500, II və III yerlərin sahiblərinə isə 150 manat məbləğində pul mükafatı və diplomlar təqdim edilib.

Xatırladaq ki, tanınmış bəstəkar Eldar Mansurovun rəhbərlik etdiyi, əməkdar incəsənət xadimləri Mobil Babayev, musiqişünas Həcər Babayeva, musiqişünas Sevda Hüseynovadan ibarət münsiflər heyəti müsabiqəyə təqdim olunan 10 əsərin arasından qalibləri müəyyən edib. Musiqisi İlham Abdullayevə, sözləri isə Vahid Əzizə məxsus olan “Sumqayıt lövhələri” əsəri I yerə layiq görülüb. Münsiflər heyətinin qərarına görə, Ədviyyə Rəhmətovanın Zivər Ağayevanın sözlərinə bəstələdiyi “Sumqayıt”, musiqisi və sözləri Emil Murada məxsus olan “Gözəl Sumqayıt” mahnıları II, musiqisi Nərminə Nağıyevaya, sözləri isə Qafqaz Əvəzoğluna məxsus olan “Sumqayıtım” mahnısı isə III yeri qazanıblar. Müsabiqədə qalib gələn əsərlər Sumqayıt şəhərinin 60 illiyinə həsr olunan qala-konsertdə ifa ediləcək.

 

Twitter
Sizə yeni tvit var
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir