Modern.az

Azərbaycanlı tələbə ingiliscə çıxış etdi, mükafatlandırıldı 

Azərbaycanlı tələbə ingiliscə çıxış etdi, mükafatlandırıldı 

19 Aprel 2017, 15:39

Bakı Dövlət Universiteti Hüquq fakültəsi SABAH qrupunun III kurs tələbəsi Erkin Musayev Moskva Dövlət Universitetində tələbələrin, aspirantların və gənc alimlərin ənənəvi "Lomonosov" beynəlxalq elmi forumunda iştirak edib.

 

Konfransı giriş sözü ilə açan MDU-nun rektoru, akademik Viktor Sadovniçi forumun keçirilməsi ideyasının ötən əsrin 90-cı illərində yarandığını, forum çərçivəsində indiyədək dünyanın 70 ölkəsindən yüz mindən artıq gəncin Moskva Dövlət Universitetində olduğunu bildirib. Gənclərin öz həyatlarını yeni elmi kəşflərə həsr etmələrindən məmnunluq ifadə edən V.Sadovniçi konfrans iştirakçılarına maraqlı elmi diskussiyalar arzu edib.

Rusiya Federasiyası Hökuməti sədrinin birinci müavini, MDU-nun hüquq fakültəsinin məzunu İ.Şuvalov istirakçıları təbrik edərək öz kəşflərinin praktik realizasiyasına nail olmaları istiqamətinə tövsiyələrini verib.

 

Forum işini bölmələrdə davam etdirib. Bakı Dövlət Universiteti Hüquq fakültəsi SABAH qrupunun III kurs tələbəsi Erkin Musayev “A public legal entity in the public law and the legal system of Azerbaijan” adlı məruzəsi ilə “Hüquq elmləri” bölməsinin “Dövlət və hüquq nəzəriyyəsi” alt bölməsində ingilis dilində çıxış edib. Maraqlı elmi diskussiya şəraitində keçən çıxışına görə E.Musayev “Lomonosov” beynəlxalq elmi forumunun xüsusi sertifikatına və xatirə hədiyyəsinə layiq görülüb.

 

Qeyd edək ki, forumda Rusiya Federasiyasının 85 regionundan və dünyanın 42 ölkəsindən gənc alimlər və tədqiqatçılar iştirak edib. Konfrans çərçivəsində müasir fundamental və tətbiqi elmlərin əsas istiqamətlərini əks etdirən 37 bölmə və 360 alt bölmə fəaliyyət göstərib

Twitter
Sizə yeni tvit var
Keçid et
Sevastopolda Rusiyaya məxsus daha bir SU-35 vurulub