Modern.az

Azərbaycana keçib Ermənistana qaytarılan erməniyə qətlə görə 9 il iş kəsildi

Azərbaycana keçib Ermənistana qaytarılan erməniyə qətlə görə 9 il iş kəsildi

19 Aprel 2017, 15:49

 

2014-cü ildə Azərbaycanla Ermənistan arasında qoşunların təmas xəttini qanunsuz keçən və BQXK vasitəsi ilə Ermənistana qaytarılmış Arsen Xocayan 17 yaşlı qızı qətlə yetirdiyi üçün 9 il azadlıqdan məhrum edilib.

 

APA-nın “news.am”a istinadən verdiyi məlumata görə, istintaq materiallarına əsasən ötən il iyunun 24-də 17 yaşlı qız Tavuş vilayətinin Verin kəndində çoxsaylı bıçaq xəsarəti ilə tapılıb.

 

Tibb məntəqəsinə çatdırılsa da, orada ölüb. Məlum olub ki, o, həmin gecə 1991-ci il təvəllüdlü Arsen Xocayanla birlikdə taksidə olub. Onlar kəndə çatmamış taksidən düşüb, yollarına piyada davam ediblər. Daha sonra aralarında mübahisə yaranıb və içkili olan Arsen Xocayan qıza çoxsaylı ölümcül bıçaq xəsarəti yetirib.

 

A. Xocayan məhkəmədə törətdiyi əməldən peşiman olduğunu bildirib.  

 

Qeyd edək ki, 2014-cü il martın 7-də A. Xocayan Tovuz cəbhəsində qoşunların təmas xəttini keçib. Dindirilmə zamanı o, qoyun otararkən səhvən Azərbaycan tərəfə keçdiyini bildirib. Həmin il aprelin 10-da Beynəlxalq Qızıl Xaç Komitəsinin vasitəçiliyi ilə Qazax rayonu istiqamətində Ermənistan tərəfinə təhvil verilib.

 

Modern.az

 

Whatsapp
Bizə yazın!
Keçid et
ŞOK VİDEO! Rusiya sülhməramlıları yenidən Qarabağa qayıtdı?