Modern.az

FHN yanğınlarla bağlı məlumat yaydı

FHN yanğınlarla bağlı məlumat yaydı

19 Aprel 2017, 15:59

2017-ci ilin I rübü ərzində respublika ərazisində 2269 təbii və texnogen mənşəli hadisə baş verib.

 

Modern.az Fövqəladə Hallar Nazirliyinin açıqladığı statistikaya istinadən xəbər verir ki, bu, 2016-cı ilin  analoji dövrü ilə müqayisədə 625 hadisə və ya  38% çoxdur.

 

Baş vermiş təbii və texnogen mənşəli hadisələr nəticəsində 31 nəfər həlak olub, 106  nəfər xəsarət alıb. Nazirliyin xilasediciləri tərəfindən 21 nəfər xilas edilib, 376 nəfər təxliyə olunub.

 

Rəsmi məlumata görə, 2017-ci ilin I rübü ərzində baş vermiş yanğınların aradan qaldırılması üçün daxil olmuş müxtəlif çağırışlar üzrə  operativ olaraq 2204  çıxış edilib. Onlardan:

 

çoxmənzilli yaşayış binalarında və fərdi evlərdə yanğınlar – 621 çıxış;

açıq sahələrdə yanğınlar – 996 çıxış;

nəqliyyat vasitələrində yanğınlar – 73 çıxış;

meşə və meşə talalarında yanğınlar  - 1 çıxış;

digər yanğınlar - 513 çıxış təşkil edib.

 

Həmçinin, yanğın hadisələri zamanı 24 nəfər həlak olub, 64 nəfər xəsarət alıb ki, bu da ötən ilin I rübü  ilə müqayisədə yanğından həlak olanlar  üzrə 7 nəfər və ya 41%,  xəsarət alanlar üzrə 35 nəfər və ya 121% çoxdur. Yanğınların söndürülməsi zamanı 20 nəfər xilas edilib, 353  nəfər təhlükəsiz ərazilərə təxliyə olunub.

 

Bu müddətdə respublika ərazisində 31 partlayış hadisəsi baş verib ki, bu da 2016-cı ilin I rübü ilə müqayisədə 10 hadisə və ya 48% çoxdur. Partlayışlar zamanı 7 nəfər həlak olub, 42 nəfər xəsarət alıb.

 

Gülşən RAUFQIZI

Twitter
Sizə yeni tvit var
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir