Modern.az

Qırmızı Xaç Komitəsi Dilqəmlə Şahbaza baş çəkəcək

Qırmızı Xaç Komitəsi Dilqəmlə Şahbaza baş çəkəcək

19 Aprel 2017, 16:28

Beyəlxalq Qırmızı Xaç Komitəsinin (BQXK)  nümayəndələri 3 ilə yaxındır erməni girovluğunda saxlanılan Dilqəm Əsgərov və Şahbaz Quliyevə baş çəkəcək.

 

Bu haqda Modern.az-a Şahbaz Quliyevin qardaşı İlham Quliyev məlumat verib.

İ.Quliyev deyib ki, komitənin nümayəndələri 2 gün əvvəl onlara baş çəkib:

“Bizdən Şahbaz üçün yazdığımız məktubu götürdülər. Bildirilər ki, yaxın günlərdə başçəkmə olacaq”.

 

Dağlıq Qarabağda saxlanılan azərbaycanlılarla ətraflı məlumat almaq istəsək də Qırmızı Xaç Komitəsinin Bakı nümayəndəliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən telefon zənglərimizə cavab verən olmadı.

 

2014-cü il iyul ayında Rusiya vətəndaşı Dilqəm Əsgərov və Azərbaycan vətəndaşı Şahbaz Quliyev Kəlbəcərdə öz ata-baba yurdlarını ziyarət etmək istəyərkən Ermənistan Silahlı Qüvvələri tərəfindən girov götürülüblər. Onlarla birlikdə olmuş Azərbaycan vətəndaşı Həsən Həsənov güllələnərək öldürülüb. H. Həsənovun meyiti düşməndən alınaraq Bakıda dəfn edilib. 

İşğal altındakı Dağlıq Qarabağda D. Əsgərov və Ş. Quliyevə “məhkəmə” qurulub. “Məhkəmə”nin qərarı ilə D. Əsgərov ömürlük, Ş. Quliyev isə 22 il müddətinə azadlıqdan məhrum edilib.

 

Gülşən RAUFQIZI

Whatsapp
Bizə yazın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir