Modern.az

“Autist Uşaqlar...” Türkiyədə bizi təmsil edəcək

“Autist Uşaqlar...” Türkiyədə bizi təmsil edəcək

19 Aprel 2017, 17:57

“Autist uşaqların reabilitasiyasına kömək” İctimai Birliyi Türkiyədə keçiriləcək Dünya Autizm festivalında iştirak edəcək.

Bu barədə  Modern.az-a təşkilatın rəhbəri Elnur Məmmədov özü məlumat verib. Elnur Məmmədov bildirib ki, festival 21-23 aprel tarixlərində, Türkiyənin Alanya şəhərində keçiriləcək. Tədbir “ Ölkələrarası 3-cü bölgə- ANCA Autizm festival” adlanır.


İctimai birlik sədrinin sözlərinə görə tədbirin bu cür adlandırılması, bundan əvvəlki festivalların bir qayda olaraq Kanadanın Vankuver şəhərində keçirilməsi ilə bağlıdır. Keçən il, həmin şəhərdə “Autist Uşaqların Reabilitasiyasına Kömek” İctimai Birliyinin də iştirakı ilə keçirilən 7-ci Dünya Autizm Festivalında verilən qərarlarla, bundan sonrakı illərdə artıq dünyanın 3 ayrı bölgəsində keçirilməsi nəzərdə tutulub. Türkiyənin də içində olduğu 3-cü bölgə Avropa, Orta Şərq, Orta Asiya, Rusiya və digər MDB ölkələrini əhatə edir. Türkiyədəki tədbirin 21-23 apreldə keçirilməsi də təsadüfi deyil. Aprel ayı bütün dünyada “Autizm maarifləndirmə ayı” kimi qeyd edilir. Bundan əlavə, festivalın sonuncu günü Türkiyədə “23 nisan ulusal egemenlik və çocuk bayramı”ilə üst-üstə düşdüyündən, bayramı dünyanın müxtəlif yerlərindən gələn autizmli uşaqlar birlikdə qeyd edəcəklər.


Tədbirə ölkəmizdən Gənclər və İdman və Təhsil nazirliklərinin nümayəndələri də dəvətlidir. Festivala gedən qrup aprelin 20- si səhər saat 8-45 də Heydər Əliyev adına Beynəlxalq aeroportdan yola salınacaq. Nümayəndə heyətinin aprelin 25-də vətənə dönməsi gözlənilir.

Modern.az

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Paşinyan Qazaxa gəldi - Ermənilər üzərinə hücum çəkdi