Modern.az

"Mehriban Əliyevanın bu qrupun sədri seçilməsi münasibətləri dərinləşdirəcək"

"Mehriban Əliyevanın bu qrupun sədri seçilməsi münasibətləri dərinləşdirəcək"

18 Aprel 2011, 18:25

Fransa Senatının Fransa-Qafqaz dostluq qrupunun sədri, senator Ambruaz Düponun başçılığı ilə Azərbaycanda səfərdə olan nümayəndə heyəti aprelin 18-də Milli Məclisin sədri Oqtay Əsədovla görüşüb.
Görüşdə ikitərəfli münasibətlərin inkişafına və daha da dərinləşməsinə dair fikir mübadiləsi aparılıb.
Oqtay Əsədov əlaqələrin inkişafında qarşılıqlı səfərlərin əhəmiyyətindən danışıb, parlamentlərdəki dostluq qruplarının fəaliyyətini yüksək qiymətləndirib. Bildirib ki, ötən ilin noyabrında Azərbaycan Milli Məclisinə keçirilən seçkilərdən sonra parlamentdəki dostluq qrupları yenidən təşkil olunub. Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri Mehriban Əliyeva Azərbaycan-Fransa parlamentlərarası dostluq qrupunun rəhbəri seçilib.

O.Əsədov Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı Azərbaycanın haqlı mövqeyini bir daha diqqətə çatdırıb, ATƏT-in Minsk qrupunun həmsədri kimi Fransanın problemin aradan qaldırılmasında səylərini artıracağına ümidvar olduğunu bildirib.

Sonuncu dəfə Azərbaycana 2007-ci ildə səfər etdiyini vurğulayan Ambruaz Düpon ötən müddətdə ölkəmizin xeyli inkişaf etdiyinin şahidi olduğunu bildirib, Azərbaycanın Cənubi Qafqazdakı hərtərəfli mövqeyini yüksək qiymətləndirib.

Milli Məclisdə Azərbaycan-Fransa dostluq qrupuna Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın rəhbər seçilməsindən məmnunluğunu ifadə edən qonaq deyib ki, Azərbaycanın birinci xanımının bu vəzifəyə seçilməsi münasibətlərimizin yeni müstəvidə inkişafına təkan verəcək.
O deyib: “Mehriban Əliyeva dostluq qrupunun sədri seçilməmişdən əvvəl də əlaqələrimizin inkişafı istiqamətində mühüm işlər görmüşdür. Bu günlərdə Parisdə onun iştirakı ilə daha bir tədbir keçiriləcək. İnanırıq ki, Mehriban Əliyevanın rəhbərlik etdiyi dostluq qrupu əlaqələrimizin daha da genişlənməsində mühüm rol oynayacaq”.
Daha sonra görüşdə ikitərəfli əməkdaşlıq məsələləri, münasibətlərimizin dərinləşməsində parlamentlərin rolu, qarşılıqlı səfərlərin əhəmiyyəti və digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Modern.az

Whatsapp
Bizə yazın!
Keçid et
Ukraynadan hər kəsi şok edən xəbər: Azərbaycanlı jurnalist vəfat etdi