Arxiv
5 Sentyabr 2009, 12:21 | FOTOSÖHBƏT
Deputat Pənah Hüseynlə fotosöhbət

Hüseyn Pənah Çodar oğlu 1957-ci il oktyabrın 28-də Sabirabad rayonunun Qaraqaşlı kəndində anadan olub. Azərbaycan Dövlət Universitetinin tarix fakültəsini bitirib. Rus və ingilis dillərini bilir.
1980–1983-cü illərdə Sabirabad rayonunda kənd orta məktəbinin müəllimi, tarix muzeyinin elmi işçisi olub. 1986-cı ildən Azərbaycan EA-nın Fəlsəfə və Hüquq İnstitutunda laborant, kiçik elmi işçi, elmi işçi vəzifələrində çalışıb.
1992-ci ildə Azərbaycan Respublikasının Dövlət katibi, 1993-cü ildə Azərbaycan Respublikasının Baş naziri işləyib. 1997-2000-ci illərdə Azərbaycan MEA-nın Fəlsəfə və Hüquq İnstitutunun elmi işçisi olub.
Azərbaycan Xalq Partiyasının üzvüdür.
2005-ci il noyabrın 6-da 63 saylı Sabirabad birinci seçki dairəsindən deputat seçilib. Milli Məclisin Təhlükəsizlik və müdafiə məsələləri daimi komitəsinin, Azərbaycan-Fransa, Azərbaycan-Gürcüstan, Azərbaycan-İran, Azərbaycan-Rusiya, Azərbaycan-Türkiyə parlamentlərarası əlaqələr üzrə işçi qruplarının üzvüdür. Evlidir, 3 övladı var.

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

Atamın qucağındayam. O zaman 2 yaşım varmış.

 

 

 

 

 

 

 

 

 

 

 

Bu şəkil mən birinci sinifdə oxuyanda çəkilib. Sabirabadın Qaraqaşlı kənd səkkizillik məktəbində. Arxa sırada sağdan dördüncü mənəm. Gözəl uşaqlıq…

 

 

 

 

 

 

 

 

 

 

 

Pioner qalstuku taxmağin da bir ayrı ləzzəti vardı. Arxa sırada soldan ikinci oğlanı yəqin ki, tanıdınız. Yeddinci sinif səklimdi.  

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

Komsomol sıralarında çox fəal idim.

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

Dadaş, Yaşar, Füzuli artıq həyatda yoxdular. Allah rəhmət eləsin. O zaman Sabirabadın Qruzma kənd orta məktəbində təhsil alırdıq. Doqquzda oxuyan vaxtlarımızdı.

 

 

 

 

 

 

 

 

 

 

 

BDU-nun idman zalındayıq. Ön cərgədə sagdan birinci Pənah Hüseyndi…Cüdo ilə məşğul olurdum.

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

Tələbəlik illəri. 1976-cı il…Daha məni tanımaq olar, ona görə də şərh vermirəm.

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

Moskva, aspirantura dövrü…Bu şəklə yaxşı baxın. Ordakıların hamısı indi cəmiyyətdə tanınmış simalardı. 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

Yenə Moskva, bu dəfə ailə üzvlərimlə…

 

 

 

 

 

 

 

 

 

 

1982-ci ildə Sabirabadda muzeydə işləyirdim.  

 

 

 

 

 

 

 

 

 

 

Bu şəkli Vaqif Səmədoğlu çəkib. AXC yaranan zamanlardı.

 

 

 

 

 

 

 

 

 

 

Burda da hamını tanımış olarsınız.

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

Baş nazir işlədiyim vaxtdan da bir şəkil verin.

 

 

 

 

 

 

 

 

 

 

 

Bu şəkil Kələki kəndində çəkilib.

 

 

 

 

 

 

 

 

 

 

 

Ailə tədbiridi...

 

 

 

 

 

 

 

 

 

 

12 sentyabr 1998-ci il…

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

2005-ci il parlament seçkiləri ilə bağlı mitinqdə…

 

 

 

 

 

 

 

 

 

 

Burda artıq məhkəmə zamanı…

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

Bayıl türməsi, VI korpus (ölüm korpusu). Gəzinti sahəsi…

 

   

 

 

 

 

 

 

 

 

Milli Məclis.

 

 

 

 

 

 

 

 

 

 

Topçular meşəsi. Bu da xoşladığım şəkildi.

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

Bacımla (Mən anama "bacı" deyirəm)

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv