Modern.az

Gülər Əhmədova: ""Azadlıq!" qışqıran o qızcığaz..."(BƏYANAT)

Gülər Əhmədova: ""Azadlıq!" qışqıran o qızcığaz..."(BƏYANAT)

19 Aprel 2011, 20:08

Respublika Uşaq Təşkilatının sədri, millət vəkili Gülər Əhmədova bəyanatla çıxış edib. Modern.az saytına daxil olan bəyanatda deputat bildirib:

- Respublika Uşaq Təşkilatı yarandığı gündən etibarən hər zaman uşaqların, o cümlədən qaçqın və məcburi köçkün, şəhid ailələrinin, imkansız ailələrin övladlarının hüquqlarının qorunması ilə məşğul olub. Bu fəaliyyət hər zaman fondun əsas prioriteti olub. Çünki gələcəyimiz olan uşaqların qayğısına qalmaq onları sabahın igid əsgərləri, qayğıkeş, mehriban anaları, bir sözlə əsl vətəndaş kimi görmək deməkdir.

Lakin bu günlərdə baş vermiş bir hadisə uşaq hüquqlarının qorunması yönündə fəaliyyət göstərən bizləri dərindən təəssüfləndirmişdir. Sirr deyil ki, bu günlərdə sosial şəbəkələrdə, İnternet saytlarında şəkilləri dərc olunan, videosu yerləşdirilən balaca qızcığaz bəzi dairələr tərəfindən xoş olmayan məqsədlər üçün istifadə edilməkdədir. Yenə də heç kimə sirr deyil ki, söhbət anasının təhriki ilə «İstefa», «Azadlıq» şüarı deməyə məcbur edilən qızcığazdan gedir. Bütün dünyada, o cümlədən respublikamızda uşaq əməyindən istifadənin qadağan edildiyi bir vaxtda bu cür hadisənin baş verməsi, bizi, sadəcə olaraq üzür. Azərbaycan Respublikasının Konstitusiyasında da açıq-aydın yazılıb ki, uşaqları onların həyatına, sağlamlığına və ya mənəviyyatına təhlükə törədə bilən fəaliyyətə cəlb etmək qadağandır.

Biz nə prokuroruq, nə də məhkəmə hakimiyyəti. Sadəcə, uşaq hüquqlarının qorunmasını öz həyat amalımız seçdiyimizdən Respublika Uşaq Təşkilatı olaraq baş verən hadisəni sadəcə qınayırıq və həmin uşağın anası Gülnarə Quluzadəni cəmiyyətin bu haqlı qınağından nəticə çıxarmağa çağırırıq.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir