Modern.az

XİN: “Qarabağa səfər edən misirli jurnalistin adı “qara siyahı” ya salınacaq”

XİN: “Qarabağa səfər edən misirli jurnalistin adı “qara siyahı” ya salınacaq”

26 Aprel 2017, 13:21

Misirin “Veogate” qəzetinin əməkdaşı Essam Kamel Dağlıq Qarabağa səfər edib.

 

Bu barədə Ermənistan KİV-i məlumat yayıb.  Jurnalist səfər təssüratlarını qəzet səhifəsindəki geniş məqaləsində bölüşüb.

 

 Xankəndi, Şuşa və Laçını ziyarət edən jurnalist işğal altındakı torpaqlara səfər etmək üçün rəsmi Bakıdan icazə almayıb.

Modern.az saytı məsələ ilə əlaqədar Xarici İşlər Nazirliyinə müraciət edib.

 

Nazirliyin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev saytımıza açıqlamasında bildirib ki, məsələ araşdırılacaq.

“Məsələ Azərbaycanın Misirdəki səfirliyi tərəfindən araşdırılacaq və zəruri tədbirlər görüləcək. Bu şəxsin adı arzuolunmaz şəxslər siyahısına daxil ediləcək”.

 

Namidə BİNGÖL 

Whatsapp
Bizə yazın!
Keçid et
Ukrayna ordusu dəhşət saçdı: Rusiya ərazisi vuruldu