Modern.az

Dörd dilli birinci ledi... (FOTOLAR)

Dörd dilli birinci ledi... (FOTOLAR)

Reportaj

20 Aprel 2011, 12:19

Suriya prezidentinin həyat yoldaşı Böyük Britaniya vətəndaşıdır


Modern.az
saytının “Birinci ledilər” rubrukasında bu dəfəki təqdimat Suriya prezidentinin həyat yoldaşı Əsma Əhras əl-Əsəd barəsindədir.
Populyar qadın jurnalı olan “Elle” 2008-ci il üçün dünyanın ən gözəl birinci ledilərinin reytinqini tərtib edəndə birinci yer Suriya prezidentinin həyat yoldaşı Əsma Əsədə veriləndə çoxları yəqin ki, təəccüblənmişdi. Əslində bu seçim təəccüb doğurmaya bilməzdi. Çünki onun rəqibləri olan Fransanın birinci ledisi Karla Bruni ikinci, o vaxt ABŞ-ın birinci lediliyinə namizəd Mişel Obama isə üçüncü yeri tutmuşdu...

Suriyanın Böyük Britaniyalı birinci ledisi

Bu ən gözəl və dəblə geyinən xanım kimdir? Suriyanın birinci ledisi Əsma Əhras əl-Əsədi təkcə ərəb dünyasında belə adlandırmırlar. O, basına yaylıq bağlamasa da, bütün hallarda şərq qadını idealı olaraq qalır. Təsadüfən demirlər ki, ölkənin birinci ledisi Suriyada ən çox diqqətəlayiq xanımlardan biridir.

Əsma Suriyada ən tanınmış və hörmət edilən Hömsə şəhərinin sünni məzhəbli nümayəndələrindəndir. Böyük Britaniyada doğulub, boya-başa çatıb, vaxtilə ailəsi oraya miqrasiya edib. Onun anası Suriyanın Birləşmiş Krallıqdakı səfirliyində birinci katib vəzifəsində çalışıb, atası isə kardioloji mərkəzdə aparıcı mütəxəssis işləyib.

Əsma London universitetinin Krallıq Kollecində oxuyub, 1996-cı ildə oranı əla qiymətlərlə bitirib, kompüter elmləri üzrə elmi dərəcə və və fransız ədəbiyyatı fakültəsinin diplomunu alıb. Tarixi və Fransa ədəbiyyatını sevir. Ərəb, ingilis, ispan və fransız dillərini bilir. Təhsilini başa vurandan sonra “Deutshe Morgan Grenfill” (indiki “Deutsche Bank”da) ticarət və satış bölməsinin analitiki işləyib. 1998-ci ildə “İnverstment Banking Division of JP Morgan”a işləməyə keçib, beləcə üç il şirkətin Paris və Nyu-York ofislərində çalışıb. 2000-ci ilin dekabr ayında Suriyanın şiə-ələvi məzhəbli prezidenti Bəşər əl-Əsədə ərə gedib. Onlar Londonda oxuduqları vaxt tanış olublar.

Dəbdəbəsiz toy mərasimi


Birinci ledi ilə prezidentin toy mərasimi dəbdəbəli və hay-küylü olmayıb, mərasimə yalnız qohum-əqrabaları və ərlə-arvadın dostları dəvət olunublar.

Bunun başlıca səbəbi kimi Əsmanın qayınatası və ölkənin keçmiş prezidenti Hafiz Əsədin rəhmətə getməsi göstərilir. Deyilənə görə, Əsma ilə Əsədin toyları olanda Suriyada hələ iyunda rəhmətə gedən Hafiz Əsədin matəmi davam edirdi, ona görə ailədaxili məsləhətləşmələrdə belə qərara gəlinir ki, toy mərasimi ciddi formada təşkil olunsun. Maraqlıdır ki, Suriya vətəndaşlarının əksəriyyəti öz prezidentlərinin evlənməsindən yalnız 2001-ci ilin yanvar ayında mətbuatdakı rəsmi məlumatlardan xəbər tutublar. Maraqlı olan həm də odur ki, ilk informasiya Londonda nəşr olunan ərəb dilində “Əş-Şarq Əl Ausat” qəzetində dərc olunub. Bu barədə məlumatı da qəzetə Suriyanın birinci ledisi özü veribmiş.
Əsma Əsəd Suriyanın ən intelligent ailələrindən birində yetişib. Atası Fəvvar Əhras Suriyanın ən məşhur kardioloqlarından biri olub.

Hafiz Əsədin cəmiyyətdən qaçan arvadından fərqli olaraq Bəşər Əsədin həyat yoldaşını tez-tez televiziya xəbərlərində və Qərb kütləvi informasiya vasitələrində də görmək olar.

Evləndikdən bir il sonra gənc ailədə oğul uşağı dünyaya gəlib. Ona mərhum babası, prezident Hafiz Əsədin adını veriblər. Bu günsə onların Hafizdən başqa daha bir - Kərim adlı oğlanları və Zen adlı qızları var.

Politoloqların fikrincə, sünni və ələvilərin qarışıq nikahı heç şübhəsiz ki, Suriyanın paytaxtı Dəməşqdə və əyalətlərdə konfesiyalararası ittifaqın möhkəmləndirilməsinə yardımçı olacaq.

Əsma Bəşərdən 10 yaş balacadır. Ailə qurandan sonra o bankda işləməkdən imtina edib.

Birinci ledi Dəməşqdə Avropadakı vərdişlərini qətiyyən dəyişməyib. O, başını bağlamadan hər yerə gedir, tez-tez yerli ənənələrə uyğun olmasa belə, yubkada cəmiyyət arasında peyda olur, ərini hər yerdə heç nədən çəkinmədən müşayiət edir. Əsma Suriyadakı qadın hərəkatına da rəhbərlik edir. Birinci ledi tez-tez Londona da şəxsi səfərlər edir və ikili vətəndaşlığını hələ də qoruyub saxlayır.

Ağıllı və müasir şərq qadını


Suriyanın birinci ledisinin həyat tərzi və davranışları Şərq qadınlarına xas olan mövcud stereotiplərlə üst-üstə düşmür. Bu gənc və xarici görünüşcə diqqəti cəlb qadın cəmiyyət üçün açıq və siyasi cəhətdən fəaldır. Onu tez-tez televiziya ekranlarında da görmək olar. Birinci ledi müsahibə verməkdən çəkinmir və bu zaman öz şəxsi fikirlərini, baxışlarını söyləyir. Əsma birinci dəfə ekranda 2001-ci il martın 19-da, Bolqarıstan prezidentinin Dəməşqdə qarşılanma mərasimi zamanı görünüb. O zaman patriarxal Suriya camaatı prezidentin həyat yoldaşının dizdən yuxarı açıq-aşkar don geyindiyini görəndə sözün həqiqi mənasında əməlli-başlı utanmışdı. Bəzi məlumatlara görə, onun Prezident Sarayında şəxsi ofisi var və o çox vacib sosial və humanitar layihələrə himayədarlıq edir. Əsma fəal şəkildə Suriya cəmiyyətində qadınların rolunun artırılması üçün çıxış edir.

Əsma ilə ünsiyyətdə olmaq kimə nəsib olursa, qeyd edir ki, o çox ağıllıdır, müasir dünyanın reallıqlarını çox gözəl başa düşür. Birinci ledinin özündə şərq qadını cizgilərini birləşdirməsi və bununla belə tamamilə müasir dünyagörüşlü qalması hamını heyran edir. Əsma yaşayış tərzi etibarilə tamamilə ingilisdir, buna baxmayaraq yerli adət-ənənələrə uyuşmağı da bacarır. Amma heç vaxt bunu nəyinsə xatirinə etmir. Əksinə, birinci ledi qadınların hüquq bərabərliyinin təmin olunmasının tərəfdarıdır. Deyirlər ki, Əsmanin ən başlıca istəklərindən biri ərinin müasir fikirli siyasətçi olması və müasir dünyanın reallıqlarına adekvat yanaşmasıdır.

Suriyalıların ürəyini fəth edən ledi

2008-ci ilin avqust ayında xanım Əsəd ərəb dünyasının ilk birinci ledisi tituluna layiq görülüb. Bu, ərəb dünyasında ən hörmətli ad hesab olunur. Bu titul hər il əhəmiyyətli sosial layihələrin reallaşdırılmasına cəhd göstərdiklərinə görə ərəb ölkələrindən birinin birinci ledisinə verilir.

Cazibədar Əsma öz həmvətənlərinin ürəyini artıq fəth edib. O, maarifçilik və sosial qəyyumluq fəaliyyəti ilə də çox ciddi məşğul olur. Məhz onun cəhdləri sayəsində Dəməşqdə 2008-ci ildə Şərqi Ərəbistanın mədəniyyət paytaxtı missiyasının öhdəsindən çox bacarıqla gəlib.

O, bax belədir, ən zərif, cazibədar və məlahətli


Ərəb ölkələrində bir-birini əvəzləyən inqilab dalğası Suriyadan da yan keçməyib. Deyilənə görə, Əsma Əsəd inqilan əhval-ryhiyyəsində olan suriyalılarla dialoqa girməkdən çəkinmir, o hətta ərinin tezliklə ciddi islahatlara gedəcəyinə də həmvətənlərini inandırmağa çalışır.

Məhz buna görə, onu islahat tərəfadarı Bəşər Əsədin ən yaxın silahdaşı hesab edənlər də var.

Ekspertlərin fikrincə, Əsma prezidentin avtoritetinin və mövqeyinin həm Suriyada, həm də onun hüdudlarından kənarda möhkəmləndirilməsinə çox çalışıb.   

Əsma, ümumiyyətlə “Dördüncü hakimiyyət”in nümayəndələri ilə çox fəal işləyir. Birinci ledi kimi əri də Suriyada internetin yayılmasının tərəfdarıdır. Onun hamiliyi ilə Suriyanın rayonlarında dəfələrlə kompüter savadsızlığının aradan qaldırılması üçün səyyar yarmarkalar keçirilib.

Birinci ledi toydan sonra dərhal şəxsi imicmeyker və geyim üzrə dizayner tutub. Onun səyi nəticəsində son illər dövlət aparatında məsul vəzifələrdə çalışan qadınların sayı da çoxalıb.

Əsma Əsədi çox vaxt İordaniyanın kralı II Abdullanın arvadı Raniya ilə müqayisə edirlər. Onlar hər ikisi faktiki eyni yaşdadır, son dərəcə cazibədar, dəblə geyinməyi sevirlər və ərlərinə işlərində çox yaxından kömək edirlər. Suriya və İordaniya liderlərinin arvadları arasında rəsmi dostluq əlaqələrinin olduğu müşahidə edilmir. Çünki iki ölkənin münasibətlərindəki müəyyən gərginlik hər bir sahədə öz oyun qaydalarını diktə edir.

Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü